“Əvvəl elə bilirdim ki, Bakıda bir neçə daxma görəcəyəm”
25.10.2011 - 16:08
“Əvvəl elə bilirdim ki, Bakıda bir neçə daxma görəcəyəm. Lakin Bakıya gedəndə gördüm ki, düşüncələrim həqiqətə uyğun deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri qızlardan ibarət Azərbaycan millisinin (U-17) futbolçusu Lara Vaqner deyib.
Yığmamızın milliləşən almaniyalısı vətənində verdiyi açıqlamada Bakıya ilk səfəri haqda danışıb: “Orada geniş yataqxanada məskunlaşmışdıq. Trenajor zalı, hovuz və massaj da xidmətimizdə idi”.
Milliyyətcə türk olan almaniyalı Süheyla İltem yığmamızda oynadığı vaxt dillə bağlı problemin olmadığını bildirib: “Mən, Sinem Solmaz və Vivien Eda Hillebrand digər həmyerlimiz Lara Vaqnerdən fərqli, türk dilini bilirik. Bu üzdən Azərbaycan yığmasında ciddi çətinlik çəkmirdik. Lakin bir neçə qız eyni vaxtda danışanda, heç nə başa düşmürdüm. Sanki beynim yüklənirdi”.
Vivien Eda Hillebrand isə Avropa çempionatının seçmə mərhələsinin Bakıdakı oyununda İspaniyadan aldığımız 0:7 hesablı məğlubiyyəti unutmayıb: “İlk 5-10 dəqiqədə mən də çox istəkli idim. Hər şey də yaxşı gedirdi. Amma sonra...”.
Sinem Solmaz isə Azərbaycan himnini bildiyini açıqlayıb: “Azərbaycanın himnini əzbərləmişəm”.

0
0