Qurban Qurbanov: Mən müdafiədə belə boşluq görməmişdim
25.10.2011 - 16:50
Qurban Qurbanov: Mən müdafiədə belə boşluq görməmişdim
"Bu günkü oyun çox gözəl keçdi. İndiyə kimi "Qarabağ"ın müdafiəsində belə boşluqlara yol verildiyini görməmişdim". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Komandasının çıxışından narazı qaldığını söyləyən Qurbanov məğlubiyyəti taktiki gedişlə əlaqələndirməyib:

"Ümumilikdə komandamın oyunundan narazı qaldım. Məğlubiyyəti taktiki gedişlə əlaqələndirməzdim. 2:0 hesabı ilə öndə olsaq da, sonda "Neftçi" qələbə qazandı. Futbolda belə şeylər olur".