Böyükağa Hacıyev: Yeni futbolçular axtarışındayam
25.10.2011 - 16:51
"Bugünkü matç qardaşlıq oyunu oldu. Lazım olsaydı, Qurban Qurbanova 3 xalı hədiyyə edərdim. O, mənim kiçik qardaşımdır". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"la oyundan sonra "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.
Hacıyev oyunla bağlı daha sonra belə danışıb: "Son turlarda "Neftçi" açıq oyun nümayiş etdirir. Hər oyunda komandanın heyətində müəyyən oyunçu dəyişikliyinə əl atıram. İndiyə kimi də yeni oyunçular axtarışındayam.
Çünki komandaya yeni gəldiyim üçün stabil heyəti müəyyənləşdirməmişəm. Bu gün digər futbolçulara da şans verməyə çalışdım. Komandada rəqabət üçün yaxşı şərait yaratmışam. Bu gün qələbə qazandığımıza görə çox şadam".

0
0