“Qışda mütləq bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq”
25.10.2011 - 16:58
“Mən konkret hansısa futbolçunun adını çəkmək istəmirəm. Əsas kollektiv oyun göstərməkdir. Düzdür, hər mövqenin öz lider futbolçusu var və onlar da qarşıya qoyulan tapşırıqların öhdəsindən gələ bilirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
Peşəkar Futbol Liqasının rəsmi internet saytına müsahibə verən çalışdırıcı ayrı-ayrı xətlərdə bəyəndiyi futbolçuların adlarını açıqlayıb: “Müdafiə xəttində Miloş Zeçeviç, Ekrem Hodziç gözəl oyun nümayiş etdirirlər. Eyni zamanda, Tural Axundov da müdafiədə etibarlı oynayır. Miloş və Ekrem vurduqları qollarla komandanın qələbə qazanmasında vacib rol oynayırlar. Komandanın hücum xəttində isə Con Pelunun oyunu məni daha çox qane edir”.
Qədirov qarşıdakı “transfer pəncərəsi” ilə bağlı fikirlərini də açıqlayıb: “Həqiqətən də, müdafiə xəttində müəyyən boşluqlar var. Bu da nəticədə öz mənfi təsirini göstərir. Qış fasiləsində mütləq bir müdafiəçi və bir hücumçu transfer etməyi planlaşdırırıq. Bununla da heyəti gücləndirməyi düşünürük. Çalışacağıq ki, müdafiəçi yerli futbolçu olsun. Ancaq ölkəmizdə güclü hücumçuların az olması, olanların da başqa komandalar ilə müqaviləsinin olması üzündən legioner transfer etməliyik”.
”Rəvan”ın baş məşqçisi I dövrənin son turunun “İnter”lə görüşü haqda da fikirlərini bildirib: “Hər həftənin orta günləri komanda ilə bir araya gəlib həm ötən oyunu, həm də növbəti turdakı oyunu təhlil edirik. “İnter” ilə oyuna da ciddi hazırlaşırıq. “İnter”in oyununu izləmişik, güclü komandadır. Fikrimcə, gərgin oyun olacaq”.

0
0