Yenə “Qarabağ”
25.10.2011 - 20:02
Yenə “Qarabağ”
“Qarabağ”ın albaniyalı legioneri Admir Teli mövsümün 5-ci avtoqluna imza atıb. Apasport.az saytının məlumatına görə, “Neftçi” ilə bu gün keçirilən I turun təxirə salınmış oyununda “fərqlənən” müdafiəçi cari mövsümdə komandasının ilk uğursuzu olub. Onun qolla sevindirdiyi “Neftçi”də cari mövsümdə bakılıların xeyrinə vurulan ilk avtoqol olub.

Mövsümün avtoqolları

Futbolçu (klubu)Kiminlə oyundaTir
Rasim Ramaldanov (Simurq)AZAL1
Ruslan Abışov (Neftçi)Xəzər Lənkəran5
Bronislav Arsenyeviç (AZAL)Qarabağ6
Murad Hüseynov (Qəbələ)Rəvan8
Admir Teli (Qarabağ)Neftçi1 t/s


Teli həm də ölkə futbolunun nəhəngləri arasındakı derbilərin 3-cü avtoqolunun müəllifi olub. Ona qədər də “Qarabağ”ın futbolçuları qapıları səhv salmışdılar. Əvvəlki derbilərdə Səttar Əliyev və Elxan Müslümov “Neftçi” ilə görüşdə öz qapılarına qol vurmuşdular.