“Turan”ın 10 futbolçusu Barselonaya gedəcək
25.10.2011 - 17:11
“Turan”ın 10 futbolçusu Barselonaya gedəcək
“Turan” klubunun Tovuz rayonundakı uşaq futbol məktəbindəki 1996, 1997, 1998 və 1999-cu il təvəllüdlü uşaqlar arasında seleksiya işi aparılacaq. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisi ilə İspaniyanın Barselona şəhərində yerləşən Xristo Stoiçkovun akademiyası arasında əldə olunmuş razılığa əsasən, akademiyanın texniki direktoru Antonio Sançes Munos və Loze Luis Villar Berenque oktyabrın 30-dan noyabrın 1-dək ölkəmizdə olacaq.

Qonaqlar 10 nəfər futbolçunun Xristo Stoiçkovun akademiyasında təlim keçmələri üçün seçim edəcəklər. Qeyd olunan seleksiya prosesində iştirak etmək istəyən uşaqların valideynləri, idman məktəbləri və futbol komandaları “Turan” klubuna müraciət edə bilər.