Təbriz Həsənov: Əks-hücum taktikasına üstünlük vermişdik
25.10.2011 - 21:40
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində bu gün keçirilmiş Xorvatiya ilə oyunundan sonra Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, Həsənov 2:1 hesablı qələbədən sonra bildirib ki, komandası əks-hücum taktikasına üstünlük verib: “Xorvatiya yığmasının oyunlarının videoyazısını izləmişdik. Rəqibimizin güclü komanda olduğunu bilirdik. Bunu nəzərə alaraq, əks-hücum taktikasına üstünlük vermişdik. Məqsədimiz seçmə mərhələyə yaxşı başlamaq idi və buna nail olduq”.
0
0