Cavid Hüseynov: Özümdən danışmaq düz çıxmaz
25.10.2011 - 23:00
“Oyun barəsində nə deyə bilərəm? Hesabda 0:2 geri düşdük. Amma komanda şəklində toparlananda, nəyə qadir olduğumuzu sübut etdik. İndi də belə oldu”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun futbolçusu Cavid Hüseynov deyib.
Premyer Liqanın ilk turundan təxirə salınan matçında Ağdam «Qarabağ»ını qəbul edən «ağ-qaralar» məğlub durumdan vəziyyəti xeyrinə dəyişib (3:2). «İsmət Qayıbov» adına stadionda keçirilmiş görüşdən sonra yarımmüdafiəçi bildirib ki, fasilədə baş məşqçi Böyükağa Hacıyevin futbolçulara verdiyi tapşırıqlar və atdığı addımlar öz bəhrəsini verib: «İkinci hissədə baş məşqçi mənimlə Bahadır Nəsimovu mübarizəyə qoşdu. Yəqin, bu, hücumu gücləndirmək məqsədi daşıyırdı. Özümdən danışmaq düz çıxmaz. Amma gördüyünüz kimi, həmin dəyişikliklər öz nəticəsini verdi».

0
0