Azərbaycan çempionu üçün “Şemrok Rovers”
26.10.2011 - 11:24
Azərbaycan çempionu üçün “Şemrok Rovers”
Azərbaycanın gələn mövsüm Çempionlar Liqasında (ÇL) növbəti potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, İrlandiyanın “Şemrok Rovers” klubu sona 1 tur qalmış çempionluğu rəsmiləşdirib.

Bu, “Dublin”lə təxirə salınan səfər oyununda qazanılan qələbə (2:1) sayəsində reallaşıb. Sona 1 tur qalmış ən yaxın izləyicisi “Sliqo”nu 1 xal qabaqlayan “Şemrok Rovers” artıq əlçatmaz olub.

Qeyd edək ki, hazırda Avroliqanın qrup mərhələsinin iştirakçısı olan “Şemrok Rovers” Azərbaycan çempionu kimi ÇL-in II təsnifat mərhələsindən çıxış edir.