Cənubda lovğaları sevmirlər
26.10.2011 - 12:22
Əvəzedici heyətə göndərilən Kamran Ağayev “Xəzər Lənkəran”ın tarixində cəzalanan növbəti futbolçu oldu. 2004-cü ilin iyulunda yaradılan cənub təmsilçisinin rəhbərliyi Ağayevədək bəzi kapitanlarını da qeyri-peşəkarlığına görə sarğıdan məhrum etmişdi. Söhbət ilk növbədə Emin Quliyev, Zaur Ramazanov və Samir Əliyevdən gedir.
Apasport.az saytının xəbərinə görə, ilk 2 futbolçu öz hərəkətləri ilə daha çox yadda qalıb. Eminə uzun müddət “Xəzər Lənkəran”ın kapitanlarının siyahısında lider olan Mahmud Qurbanovun (59 oyun) 2007-ci ilin yayında gedişindən sonra sarğını daşımaq etibar olundu. Ancaq müdafiəçi elə “siftə”də işləri korladı.
Belə ki, Quliyev Çempionlar Liqasının I təsnifat mərhələsində Zaqreb “Dinamo”su ilə Bakıdakı oyunda (1:1) rəqib futbolçuya qarşı intizamsız hərəkətinə görə, birbaşa qırmızı vərəqə aldı. Bununla Eminə UEFA-dan 5 oyunluq cəza aldı və onun diskvalifikasiyası hələ də bitməyib.
Bundan sonra kapitanlıq Zaura verildi ki, sarğı 23 oyunda Ramazanovun qolunda oldu. “Xəzər Lənkəran” 2008-ci ilin yanvarında Sankt-Peterburqda keçirilən “Birlik kuboku”nun qalibi olan zaman “ağ-yaşıllar”ın kapitanı məhz Ramazanov idi. Ancaq bundan sonra Zaur da intizamsızlığa yol verdi.
Düzdür, Ramazanov da Emin kimi “vərəqəyə meylli” olsa da, kapitanlığı əlindən alınmağı meydandan kənardakı hərəkəti ilə bağlı idi. Nəticədə Ramazanov təkcə kapitanlıqdan yox, ümumiyyətlə, klubdan kənarlaşdırıldı. Sonradan bağışlanan təcrübəli futbolçu heyətə qaytarılsa da, sarğı üzü görmədi. Kapitanlıq isə yenidən Eminə verildi.
Quliyev isə sarğını 2009-cu ilin yazında - baş məşqçi İqor Ponomaryovla problemi üzündən kənarlaşdırılan zaman itirdi. Bundan sonra cənub təmsilçisinin kapitanı təyin edilən Kamran bu ilin martında Mahmudu qabaqlayaraq, yeni rekordçu oldu. Ancaq millimizin də əsas qapıçısı klub rəhbərliyinin qərarı ilə sarğıdan məhrum edildi.
Buna Ağayevin Premyer Liqanın son turunda “Bakı” ilə səfər oyununda buraxdığı “quş” - ilk qolda kobud səhvi və nəticədə sabiq komanda yoldaşı, kosta-rikalı hücumçu Uinston Parksın topu ondan alaraq, boş qapıya göndərməyi səbəb oldu. İndi Kamranın əlindən alınan kapitanlığı onun millimizdə də komanda yoldaşı olan yarımmüdafiəçi Rahid Əmirquliyev daşıyacaq.
“Xəzər Lənkəran”da kapitan sayında Eminlə Zaurun arasında yer alan, hesabında 24 oyun olan Samirin nə meydanda, nə də kənarda intizamsızlığı olub. Sadəcə, 2004/05 mövsümünün gedişində kapitan təyin edilən Əliyev bir növ “ulduz xəstəliyi”nə tutuldu və Qurbanov 2005-ci ilin yayında “Neftçi”dən Lənkəran klubuna keçəndən sonra sarğı ona verildi. Hücumçu bundan 6 ay sonra cənub təmsilçisi ilə yollarını ayıraraq, “İnter”ə keçdi. Maraqlıdır ki, elə Mahmud da “Xəzər Lənkəran”da keçirdiyi 2 ildən sonra karyerasını “İnter”də davam etdirməyə qərar verdi.

0
0