Yığmanın baş məşqçi postuna əsas namizəd açıqlandı
28.10.2011 - 11:08
Noyabrın 11-də millimizlə yoldaşlıq oyunu keçirəcək Albaniya yığmasının yeni baş məşqçisi müəyyənləşmək üzrədir. Apasport.az saytının məlumatına görə, müqaviləsi bu ilin sonunda başa çatacaq Yosip Kuje ilə vidalaşacaqlarını rəsmən açıqlayan yerli futbol federasiyası onun yerinə namizəd tapıb.
Qurumun başçısı Armand Dika bildirib ki, millinin sabiq müdafiəçisi Besnik Hasi ilə danışıqlar aparılır. O, yanvarın 1-də boş qalacaq posta ən real namizəd sayılır.
Vaxtilə millidə 47 oyun keçirən Besnikin yığmaya gətirilməsinə isə yalnız Belçika “Anderlext”i mane ola bilər.
Belə ki, futbolçu kimi Almaniyanın “Münhen-1860”, Belçikada “Lokeren”, “Genk”, “Serkl Brügge” kimi klublarda oynamış Hası artıq 3 ildir “Anderlext”ə bağlıdır. 2000-06-cı illərdə bu komandada futbolçu kimi çıxış edən albaniyalı hazırda Brüssel təmsilçisində köməkçi məşqçidir. Belçikalılar da Ariel Yakobsun köməkçisini buraxmaq üçün kompensasiya istəyir.

0
0