Valeri Rudakov: Azərbaycanla oyun əla sınaq idi
28.10.2011 - 11:48
“Azərbaycanla oyunun ilk hissəsində meydana eksperimental heyət buraxmışdıq. Biz 1 gün əvvəlki çempionat matçında U-16-nın heyətində meydana çıxmayanlara şans verdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukrayna “Şaxtyor”unun U-17 komandasının baş məşqçisi Valeri Rudakov deyib.
O, Azərbaycan yığması (U-16) ilə yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb: “İstənilən halda, əla sınaq alındı. Texniki ifada, ötürmələrdə müəyyən səhvlər oldu. Lakin ümumilikdə 2 normal hissə oynadıq. Fasilədən sonra meydana daha təcrübəlilər çıxdı. Onlar Azərbaycan yığmasının qapısı qarşısında yaranan imkanlarda inamlı oynayıb, öz işlərini gördülər. Ümumilikdə, Azərbaycanla 2 matç oyun praktikasından korluq çəkən futbolçularımız üçün çox yaxşı imkan oldu”.
Qeyd edək ki, ukraynalılar millimizi əvvəl 2:0, son oyunda isə 3:1 hesabı ilə məğlub edib.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0