“Azərbaycanlı məşqçilərin səviyyəsi yüksək deyil”
28.10.2011 - 12:28
“Yığmadakı fəaliyyətimlə yanaşı, Azərbaycan məşqçilərinin səviyyəsinin artırılması üçün kurslar da keçirəm. Deyə bilərəm ki, onların hazırlıq səviyyəsi hələlik o qədər də yüksək deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-16) baş məşqçisi Nikolay Adam deyib.
Ölkəmizdə keçirilən məşqçi kurslarına rəhbərlik edən almaniyalı mütəxəssis Ukraynanın “Şaxtyor” klubunun rəsmi internet saytına müsahibə verib. O, Azərbaycandakı həmkarlarının səviyyəsindən narazılığını da ukraynalılara açıqlayıb: “Lakin bu, onunla bağlı deyil ki, klublar bu yöndə əmək sərf etmir. Bizim əsas problemimiz isə Azərbaycanda kifayət qədər səviyyəli gənc futbolçunun Ukraynadakı qədər olmamağıdır. Biz hətta xaricdə yaşayan azərbaycanlılara özlərini millidə sınamaq üçün müraciət etmişik. Bununla bağlı artıq 25 oyunçu tapmışıq. Bu, ukraynalılara təəccüblü və gülməli görünə bilər. Lakin bizim ölkəmiz çox böyük deyil və belə problem çox aktualdır”.

0
0