“Barselona” ilə “Milan” 1/8-də, APOEL nağılı davam edir
02.11.2011 - 01:35
“Barselona”  ilə “Milan” 1/8-də, APOEL nağılı davam edir
Çempionlar Liqasında IV turun oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə, E, F, G və H qruplarında baş tutan qarşılaşmalardan sonra 1/8 finala çıxan ilk komandalar müəyyənləşib.

Belə ki, Çexiyaya səfər edən “Barselona” yerli “Viktoriya” üzərində 4:0 hesablı qələbə qazanmaqla, mərhələ adlayan ilk komandalardan olub. Düzdü, H qrupunun liderlərindən olan “Milan” Belarusda 2 xal itirdiyindən, ispanlardan geri düşüb. Amma italiyalılar BATE ilə şəxsi oyunlarda üstünlüyə görə ən azı 2-ci yeri tutub, qrupdan çıxmağını rəsmiləşdirib.

E qrupunun lideri “Çelsi” Belçikada “Genk”in qonağı olub. “Zadəganlar" rəqibin müqavimətini qıra bilməyiblər. Matçın 40-cı dəqiqəsində penaltidən yararlana bilməyən qonaqlar sonda 1 xala razılaşıblar - 1:1. Qrupun digər matçında isə “Valensiya” səfərdə 1:2 hesabı ilə məğlub olduğu “Bayer” (Leverkuzen) klubundan revanş almağı bacarıb - 3:1.

F qrupunun mərkəzi qarşılaşması isə Londonda baş tutub. Səfərdə “Marsel”i 1:0 hesabı ilə məğlub edən “Arsenal” bu dəfə eyni uğuru doğma azarkeşləri önündə təkrarlamaq niyyətində idi. Lakin tərəflərin səylərinə baxmayaraq, görüşdə hesab açılmayıb - 0:0. Qrupun digər matçında isə "Borussiya" (Dortmund) öz meydanında “Olimpiakos”u 1:0 hesabı ilə məğlub edib.

G qrupunda isə bütün diqqətlər Sankt-Peterburqa yönəlib. Burada “Zenit” və “Şaxtyor” (Donetks) komandaları münasibətlərinə aydınlıq gətiriblər. Bu görüşün taleyini bir qol həll edib. İlk hissənin sonlarında hesabı açan "Zenit" növbəti qələbəsini qazanıb. "Şaxtyor" isə bu məğlubiyyətdən sonra işini daha da çətinə salıb. Qrupun digər görüşündə isə hələ də məğlubiyyətin nə olduğunu bilməyən Kiprin APOEL klubu öz meydanında “Portu”nu 2:1 hesabı ilə məğlub edib.


1 noyabr

E qrupu
“Arsenal” – “Marsel” - 0:0
“Borussiya” – “Olimpiakos” - 1:0
Qrosskroys, 7

Arsenal42204-28
Marsel42114-17
Borussiya D41123-74
Olimpiakos41034-53


F qrupu
“Genk” – “Çelsi” - 1:1
Fossen, 61 - Ramires, 26
“Valensiya” – “Bayer” - 3:1
Jonas, 1; Soldado, 71; Rami, 75 - Kisslinq, 31

Çelsi42209-28
Bayer42025-66
Valensiya41215-45
Genk 40221-82


G qrupu
APOEL – “Porto” - 2:1
Almeyda, 42 (p); Manduka, 90 - Xalk, 89 (p)
“Zenit” – “Şaxtyor” - 1:0
Lomberts, 45

APOEL42206-48
Zenit42117-57
Porto41125-74
Şaxtyor40224-62


H qrupu
BATE – “Milan” - 1:1
Bressan, 55 (p) - İbrahimoviç, 22
“Viktoriya” – “Barselona” - 0:4
Messi (p), 23; 45; 90; Fabreqas, 72

Barselona431013-210
Milan42207-38
BATE40222-92
Viktoriya40131-91
0