Mahmud Qurbanov: Mən oynadım və ya oynamadım, nə olacaq?
01.11.2011 - 00:03
Mahmud Qurbanov: Mən oynadım və ya oynamadım, nə olacaq?
“Ayağımda ağrılar var. Buna baxmayaraq, məşqlərə qatılır, verilən tapşırıqları yerinə yetirməyə çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Sumqayıt Şəhər” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib.

38 yaşlı yarımmüdafiəçi “Sumqayıt-Şəhər” - AZAL oyununda forma geyinməyib. Komandanın baş məşqçisi almaniyalı Bernard Raab “professor”un adını heç iştirak ərizəsinə də salmayıb.

Qurbanov ikinci plana atılmasını belə izah edib: “Klubun siyasəti gənclərə şans verməkdən ibarətdir. Mən oynadım və ya oynamadım, nə olacaq? Sözsüz ki, uğur qazanmaq üçün gənclərlə təcrübəlilərin tandemini təşkil etmək lazımdır. Amma indi zədəliyəm. Düzdür, son vaxtlar təcrübəli futbolçuların durumu çox müzakirə olundu. Lakin deməliyəm ki, bu hadisədən sonra baş məşqçi Raabla ciddi problemim yoxdur. Hər şey normaldır”.
0