AFFA AZAL-ın etirazını əsassız saydı
01.11.2011 - 12:50
AFFA AZAL-ın etirazını əsassız saydı
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın ötən həftə baş tutan qarşılaşmalarında yaşananlar müzakirə olunaraq qərarlar çıxarılıb.
I turunun təxirə salınmış “Neftçi”– “Qarabağ” matçının 74-cü dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

Premyer Liqanın XI turunun “Qarabağ”– “Bakı” oyununda qonaqların 4, “Neftçi”– “Turan” matçında əyalət təmsilçisinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər 2 klub 1000 manat cərimələnib.

İclasda AZAL-ın şikayətinə də baxıb. Premyer Liqanın XI turunun “Sumqayıt Şəhər”lə matçının 58-ci dəqiqəsində AZAL klubunun futbolçusu Zohair Benouahiyə simulyasiyaya görə sarı vərəqə göstərilib. Bununla bağlı AZAL klubu İntizam Komitəsinə etiraz məktubu ünvanlayaraq sarı vərəqənin düzgün göstərilmədiyini iddia etmişdi. Lakin matçın videoyazısını izlədikdən sonra hakimin qərarının düzgün olduğu müəyyənləşdirilib. Bu səbəbdən də AZAL klubunun müraciəti əsassız hesab olunub.
0