Klub prezidenti cəzalandırıldı
01.11.2011 - 13:01
Azərbaycan Kubokunun 1/16 final mərhələsinin qalmaqalçıları cəzalarını alıblar. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi ötən həftə baş tutan görüşlərdə yaşananlarla bağlı qərarını verib.
“Bakılı” – “Karvan” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Bakılı”nın prezidenti Misir Əbilov matçın AFFA nümayəndəsi Vaqif Davudova qarşı təhqiredici hərəkət etdiyi üçün adıçəkilən şəxs 5 oyunluq cəzalanıb, klub 500 manat cərimələnib.
“Tərəqqi” – “Neftçala” oyununda qırmızı vərəqə alan Qeyrət Əliyev 1 oyunluq cəzalanıb və qonaqları 20 manat ziyana salıb. Qarşılaşmanın 73-cü dəqiqəsində “Neftçala” klubunun məşqçisi Ceyhun Hüseynovla klubun inzibatçısı Ehtiram Abbasov hakimləri təhqir etdiklərinə görə texniki zonadan kənarlaşdırıldıqları üçün hər iki şəxs 5 oyunluq cəzalanıb və cənublular 1000 manat cərimələnib.
“Şahdağ” – “Muğan” görüşündə 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 100 manat ödəməli olacaq. Oyunun 15-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Qüdrət Ağayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və klubunu 20 manat ziyana salıb. 83-cü dəqiqəsində “Muğan”ın oyunçusu İlqar Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq kənarlaşdırılıb və klub 200 manat cərimələnib. Həmin epizodda “Muğan”ın digər üzvü Rəşad Muradov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb və 400 manat ziyana düşüb.
“Lokomotiv” – “Sumqayıt Şəhər” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ödəməli olacaq. Qarşılaşmanın 89-cu dəqiqəsində “Sumqayıt Şəhər”in birbaşa qırmızı vərəqə alan üzvü Ruslan Qurbanov 4 oyunluq cəzaya məruz qalıb və klubunu 4000 manat ziyana salıb.

0
0