Vaqif Cavadov yeni baş məşqçi ilə işləyəcək
01.11.2011 - 13:20
Həmyerlimiz Vaqif Cavadovun yeni baş məşqçisi olacaq. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçunun bu yaydan şərəfini qoruduğu Rusiyanın “Volqa” klubu çalışdırıcısı Dmitri Çerışevi ilə yollarını ayıracaq. Nijni-Novqorod təmsilçisində qalmaqallı vəziyyət gənc baş məşqçiyə işini itirmək bahasına başa gələcək.
Çerışevin klubla müqaviləsi noyabrın 6-da, növbəti turda “Rubin”lə ev oyunundan sonra bitəcək. Onunla müqavilə imzalanarkən, uzadılmağının mümkünlüyü müzakirə olunub və şərtlərdən biri komandanın mövsümün ilk yarısından sonra müəyyən xal toplamağı olub.
Belə ki, “Volqa”nın himayədarları 30 turdan sonra 30 xalla turnir cədvəlində 10-11-ci pillələrdə yer alacaqlarına ümid ediblər. Ancaq Çerışev buna nail ola bilməyib. Üstəlik, klubda ciddi maliyyə problemləri olduğundan, futbolçular qiyama qalxıb.
“Volqa”nın Direktorlar Şurası noyabrın 15-də yığışacaq. Orada əvvəlcə komandanın maliyyə problemləri həll olunacaq, sonra yeni baş məşqçinin namizədliyi təsdiqlənəcək.
Qeyd edək ki, Cavadov “Volqa”ya məhz Çerışevin vaxtında alınıb. Maraqlıdır ki, onu transfer edən prezident Aleksey Qoyxman da artıq postundan gedib.

0
0