Yalnız “Xəzər Lənkəran”!
01.11.2011 - 16:12
Yalnız “Xəzər Lənkəran”!
“Xəzər Lənkəran” Premyer Liqanın I dövrəsinin ən güclü ev komandasıdır. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi cari mövsümün başa çatan I dövrəsində öz meydanında keçirdiyi bütün oyunlarda qalib gəlib.

Ümumiyyətlə, “ağ-yaşıllar” doğma divarlar arasında hələlik uduzmayan, yüz faizli nəticə göstərən yeganə komandadır. Onların turnir cədvəlində olduğu kimi, ən yaxın izləyicisi “Neftçi”dir. Bakılılar da əzəli rəqibi kimi öz meydanında daha çox qalib gəlib və yalnız “İnter”ə uduzaraq (0:1), liderdən 3 xal geri qalır.

“İnter”in isə evdə yeganə yenilgisi “Bakı” ilə oyunda meydanı vaxtından əvvəl tərk etdiyinə görə AFFA-nın İntizam Komitəsindən aldığı 0:3 hesablı texniki məğlubiyyətdir.

“Xəzər Lənkəran”, “Neftçi” və “İnter”in hər 2 turnir cədvəlində ardıcıllığı eynidirsə, sonrakı yerlərdə dəyişikliklər var. Əsas fərq “Turan”ın evdə uğurla çıxış etməyi sayəsində 4-cü pillədə yer almasıdır. Halbuki Tovuz klubu I dövrəni 10-cu yerdə bitirib.

Digər Qərb təmsilçisi “Kəpəz”in də ev oyunlarına əsasən yeri (6-cı) ümumi sıralamadan (8-ci) daha yaxşıdır. “Qəbələ”nin öz meydanındakı göstəricisi indiki yerindən 1, “Bakı” isə 4 pillə geridədir. “Simurq” hər 2 turnir cədvəlində 9-cu yerdə, AZAL-la “Sumqayıt Şəhər” sonlarda qərarlaşıb.

Son pillədə isə Premyer Liqada xoş təsir bağışlayan “Rəvan” yer alıb. Debütant cari mövsümdə evdə qalib gələ bilməyən yeganə komandadır. “Rəvan” baş məşqçi dəyişikliyindən sonra uduzmurdu və I dövrəni evdə bitirdiyindən, nəhayət, ilk qələbəsini qazana bilərdi. Ancaq “İnter”ə uduzmaqla, komandanın Vladislav Qədirovun rəhbərliyi altında Premyer Liqada ilk məğlubiyyəti reallaşdı.

Ümumiyyətlə, 51 günlük məğlubiyyətsiz oyunlar seriyası qırılan “Rəvan”ı güclülər dəstəsinə məhz Qədirov çıxarıb. Komanda 41 yaşlı bu çalışdırıcı ilə son məğlubiyyəti 6 ay öncə - ötən mövsüm çıxış etdiyi I divizionun XXI turunda aprelin 9-da səfərdə “Neftçi” İSM-dən almışdı – 1:3.

Komanda O Q H M Qollar Xallar
1 Xəzər Lənkəran 6 6 0 0 10-3 18
2 Neftçi 6 5 0 1 11-3 15
3 İnter 6 3 2 1 4-4 11
4 Turan 6 3 1 2 5-4 10
5 Qarabağ   5 3 0 2 6-4 9
6 Kəpəz52219-78
7 Qəbələ62227-78
8 Bakı51315-76
9 Simurq 5 1 1 3 6-9 4
10 AZAL 5 1 1 3 6-10 4
11 Sumqayıt Şəhər 6 1 1 4 3-7 4
12 Rəvan50323-53


Mehman SÜLEYMANOV