AFFA yeni stadionda seleksiya keçirəcək
01.11.2011 - 16:32
AFFA yeni stadionda seleksiya keçirəcək
Noyabrın 12-də Ağsuda 8 yaşdan 16 yaşadək uşaqlar (qızlar və oğlanlar) üçün seleksiya günü təşkil olunacaq. Apasport.az saytının məlumatına görə, saat 15:00-da Ağsu şəhər stadionunda başlayacaq seleksiya prosesində Ağsu rayonunu, həmçinin ətraf bölgələri təmsil edən müvafiq yaş qrupuna daxil olan uşaqlar iştirak edə bilər.

Seçimlərdə fərqlənən uşaqlar AFFA tərəfindən idman geyimləri ilə təmin olunacaq və onlara mütəmadi məşqlərin keçirilməsi üçün lazımi avadanlıqlar veriləcək.

Xatırladaq ki, Ağsu şəhər stadionu AFFA ilə Ağsu rayon İcra Hakimiyyəti tərəfindən birgə inşa olunub və Respublika Prezidenti İlham Əliyevin iştirakı ilə oktyabrın 30-da açılış mərasimi keçirilib.

Mənbə: affa.az