Pulsuz klub evdə qalsa, yaxşıdır...
01.11.2011 - 18:00
Pulsuz klub evdə qalsa, yaxşıdır...
“Qarabağ” Premyer Liqanın cari mövsümündə səfərdə daha yaxşı çıxış edir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi I dövrədən sonra rəqib meydanında ən çox xal toplayan komandadır.

Təsadüfi deyil ki, Qurban Qurbanovun yetirmələri xallarının (20) yarıdan çoxunu səfərdə qazanıb. “Qarabağ”ın yaxın izləyicisi olan “Bakı”da bu göstərici daha yaxşıdır. Belə ki, “zolaqlılar” 16 xaldan 10-u səfərdə əldə edib.

“Rəvan”ı isə əsl səfər komandası saymaq olar. Çünki komanda evdə qalib gələ bilmədiyi, cəmi 3 xal yığdığı halda, səfərdə hesabına 10 xal yazıb. Debütantın I dövrəni 13 xalla bitirdiyini nəzərə alsaq, xallarını 75 faizini rəqib meydanında topladığını görə bilərik. “Rəvan” səfərdə hamıdan çox qol vuran komanda olmağı ilə də diqqət çəkir.

“Xəzər Lənkəran” nəinki I dövrədən sonra, elə ev oyunlarına görə də vahid liderdirsə, səfərdə belə uğurlu çıxışı ilə öyünə bilməz. Cənub təmsilçisi yeganə məğlubiyyətini, ümumiyyətlə, bütün xal itkilərini rəqib meydanında alıb. Özü də maraqlıdır ki, bunların hamısı Bakıda reallaşıb. Lənkəranlılar paytaxtda “İnter”ə uduzub (0:1), “Rəvan” (1:1) və “Bakı” (2:2) ilə bərabərliyə qalıb.

“İnter”lə bağlı əsas diqqəti çəkən məqam odur ki, komanda həm I dövrənin, həm də ev və səfər oyunlarının turnir cədvəlində eyni yerdə - 3-cü pillədə qərarlaşıb. Ümumi sıralamada 8-ci olan “Kəpəz”in öz və rəqib meydanındakı nəticələri 6-cı pillədə qərarlaşmağına imkan verib. “Simurq” da səfərdə daha yaxşı oynayır. İlk dövrəni 2-ci pillədə bitirən “Neftçi” səfər oyunlarının göstəricinə əsasən turnir cədvəlinin 2-ci “altılığ”ında yer alıb. Komanda I dövrədə 3 məğlubiyyətdən 2-ni səfərdə - “Xəzər Lənkəran”dan (0:1) və AZAL-dan (1:3) alıb.

AZAL-la “Sumqayıt Şəhər” ilk dövrədən sonra bütün turnir cədvəllərində sonda qonşudurlar. I dövrədə rəqib meydanında ən böyük fiaskoya uğrayan “Turan”dır. Təsadüfi deyil ki, ağır maliyyə problemləri olan Tovuz təmsilçisi bütün səfər oyunlarında uduzub. “Turan” “Rəvan”la birgə rəqib meydanında ən çox qol buraxan komandalardır.

Komanda O Q H M Qollar Xallar
1 Qarabağ   6 3 2 1 9-6 11
2 Bakı63127-310
3 İnter53116-310
4 Rəvan631211-1010
5 Xəzər Lənkəran  52217-48
6 Kəpəz52219-78
7 Simurq62133-37
8 Neftçi52125-67
9 Qəbələ 5 2 1 2 5-6 7
10 AZAL 6 1 3 2 6-6 6
11 Sumqayıt Şəhər 5 0 2 3 2-8 2
12 Turan50053-100


Mehman SÜLEYMANOV