Trabzonda qol səsi çıxmadı, “Real” 1/8-ə yüksəldi
03.11.2011 - 01:35
Trabzonda qol səsi çıxmadı, “Real” 1/8-ə yüksəldi
Bu gün Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin IV turunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Barselona” və “Milan”ın ardınca 1/8 finala vəsiqə qazanmağa ən real namizəd olan “Real” bunu reallaşdırıb.

Madrid klubu son illərdə prinsipial rəqibə çevrilən “Lion”la Fransadakı oyunda hətta bərabərlik sayəsində qrupdan çıxmağını rəsmiləşdirəcəkdi. Ancaq “Real” buna Ronaldonun dublu sayəsində növbəti qələbəsi ilə nail oldu.

Digər namizədlərdən daha şanslı olan “Benfika”nın evdə büdrəməyi gözlənilməz oldu. Bundan istifadə edən “Mançester Yunayted” qalib gələrək, onunla xallarını bərabərləşdirdi və ilk dəfə 1-ci pilləyə yüksəldi.

Türkiyənin turnirdə yeganə təmsilçisi “Trabzonspor”un MOİK-lə görüşünün nəticəsi böyük önəm kəsb edirdi. Şenol Günəşin çalışdırdığı komanda ÇL-in qrup mərhələsində evdə ilk qələbəsini qazanmalı olsa da, yenə bərabərliyə qaldı. Bununla da Trabzon klubu xalları bərabər olan “hərbçilər”dən şəxsi oyunlarda geri olduğuna görə 1/8 finala çıxmaq şansını azaltdı. Bu qrupun lideri “İnter” “Lill”ə evdə qalib gəlməklə, vəsiqə qazanmağını rəsmiləşdirməsə də, buna çox yaxındır.

A qrupunun lideri “Bavariya” evdə “Napoli”yə qalib gəlməklə, 1/8 finala lap yaxınlaşdı. Ancaq münhenlilərin “Mançester Siti” ilə oyunu qaldığından, istənilən halda, bu tur vəsiqəni rəsmiləşdirə bilmədi.“Mançester Siti” nəhayət, inamlı qələbə ilə azarkeşlərini sevindirdi və 2-ci yerə qalxdı. “Vilyarreal” isə 4-cü məğlubiyyətini böyük hesablı almaqla, hələ də xalsızdır və ispanlara yaraşmayan çıxış edir.

1 noyabr

E qrupu

“Arsenal” – “Marsel” - 0:0
“Borussiya” – “Olimpiakos” - 1:0
Qrosskroys, 7

Arsenal42204-28
Marsel42114-17
Borussiya D41123-74
Olimpiakos41034-53


F qrupu

“Genk” – “Çelsi” - 1:1
Fossen, 61 - Ramires, 26
“Valensiya” – “Bayer” - 3:1
Jonas, 1; Soldado, 71; Rami, 75 - Kisslinq, 31

Çelsi42209-28
Bayer42025-66
Valensiya41215-45
Genk 40221-82


G qrupu

APOEL – “Porto” - 2:1
Almeyda, 42 (p); Manduka, 90 - Xalk, 89 (p)
“Zenit” – “Şaxtyor” - 1:0
Lomberts, 45

APOEL42206-48
Zenit42117-57
Porto41125-74
Şaxtyor40224-62


H qrupu

BATE – “Milan” - 1:1
Bressan, 55 (p) - İbrahimoviç, 22
“Viktoriya” – “Barselona” - 0:4
Messi (p), 23; 45; 90; Fabreqas, 72

Barselona431013-210
Milan42207-38
BATE40222-92
Viktoriya40131-91


2 noyabr

A qrupu

“Bavariya” – “Napoli” - 3:2
Qomes, 17; 23; 42 - Fernandes, 45; 79
“Vilyarreal” – “Mançester Siti” - 0:3
Ture Yaya, 30; 71; Balotelli, 45 (p)

“Bavariya”43108-310
“Mançester Siti”42116-47
“Napoli”41216-55
“Vilyarreal”40041-90


B qrupu

“İnter” – “Lill” - 2:1
Samuel, 18; Milito, 65 - de Melu, 83
“Trabzonspor” – MOİK - 0:0
QIRMIZI VƏRƏQƏ: Dumbiya (MOİK), 73 (ikinci sarı vərəqə)

“İnter”43016-49
MOİK41217-55
“Trabzonspor”41212-45
“Lill”40224-62


C qrupu

“Mançester Yunayted” – “Otselul” - 2:0
Valensiya, 8; Runi, 87
“Benfika” – “Bazel” - 1:1
Moreno, 4 - Huqqel, 64

“Mançester Yunayted”42208-48
“Benfika”42205-28
“Bazel”41216-75
“Otselul”40041-70


D qrupu

“Lion” – “Real” - 0:2
Ronaldo, 25; 69 (p)
“Ayaks” – “Dinamo” - 4:0
Van der Vil, 20; Suleymani, 25; De Yonq, 65; Lodeyro, 90

“Real”44009-012
“Ayaks”42116-37
“Lion”41122-54
“Dinamo”40040-90
0