“Neftçi”yə qarşı oynamış kapitan Türkiyə ilə görüşə buraxılmadı
02.11.2011 - 19:30
Xorvatiya milli komandası Avro-2012-in seçmə mərhələsində Türkiyə yığmasına son heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Slaven Biliç Mladen Petriç, İvan Striniç və Niko Krançara zədəli olmağına görə heyətdə dəyişiklər etməyə məcbur olub. İlkin heyətdən 24 futbolçunu saxlayan Biliç 2 nəfəri kənarlaşdırıb. Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olan Zaqreb “Dinamo”sunun kapitanı Milan Badellə “Bolton”un təcrübəli hücumçusu İvan Klasniçin xidmətindən imtina edilməyi diqqəti çəkən olub. Badel bu yay “Neftçi” ilə ÇL-in II təsnifat mərhələsində hər 2 oyunda “Dinamo”nu kapitan kimi meydana çıxarmışdı.
Biliçin sözlərinə görə, rəqibə uyğun heyət formalaşdırıb: “Striniçin zədəli yığma üçün nəzərə çarpacaq problemdir, ancaq onun yerinə bir neçə futbolçumuz var. Mən rəqibimiz haqda çoxlu informasiya yığmışam. Skautlarımız Türkiyədə onları izləyib. Biz türkiyəli futbolçuları öyrənirik. Türkiyə yığmasına qalib gəlib, final mərhələsinə çıxmaq üçün potensial, gücümüz və xarakterimiz var. İstanbuldakı oyuna elə yanaşırıq ki, o, sanki yeganə matçdır”.
Qapıçılar: Stipe Pletikoşa (“Rostov”, Rusiya), Daniel Subaşiç (“Hajduk”), İvan Kelava (“Dinamo” Zaqreb)
Müdafiəçilər: Dario Srna (“Şaxtyor”, Ukrayna), Vedran Çorluka (“Tottenhem”, İngiltərə), Şime Vrsalko (“Dinamo” Zaqreb), Deyan Lovren (“Lion”, Fransa), Yosip Şimuniç (“Dinamo” Zaqreb) Qordon Şildenfeld (“Ayntraxt”, Almaniya), Domaqoy Vida (“Dinamo” Zaqreb), Manuel Pamiç (“Sparta”, Çexiya)
Yarımmüdafiəçilər: Oqnyen Vukoyeviç (“Dinamo” Kiyev, Ukrayna), İvan Rakitiç (“Sevilya”, İspaniya), Tomislav Duymoviç (“Dinamo” Moskva, Rusiya), Luka Modriç (“Tottenhem”, İngiltərə), Mato Yayalo (“Köln”, Almaniya), Ivan Perişiç (“Borussiya” D, Almaniya), Daniel Pranyiç (“Bavariya”, Almaniya), İvo İliçeviç (“Hamburq”, Almaniya)
Hücumçular: Mario Mancukiç (“Volfsburq”, Almaniya), Eduardo Da Silva (“Şaxtyor”, Ukrayna), Nikitsa Yelaviç (“Reyncers”, Şotlandiya), Nikola Kaliniç (“Dnepr”, Ukrayna), İvitsa Oliç (“Bavariya”, Almaniya)

0
0