Rövnəq Abdullayev: Ağsuda da futbol komandası olacaq
03.11.2011 - 21:31
Rövnəq Abdullayev: Ağsuda da futbol komandası olacaq
AFFA prezidenti Rövnəq Abdullayev 2010/2011 mövsümünün qaliblərinin mükafatlandırılması mərasimindən sonra brifinq keçirib. Apasport.az saytının xəbərinə görə, assosiasiya rəhbəri bildirib ki, hazırkı tədbir çox geciksə belə, gələn il belə olmayacaq: “Analoji tədbir gələn il vaxtında təşkil olunacaq. Yəni, çempionat başa çatan kimi qaliblər mükafatlarına sahib çıxacaqlar”.

Abdullayev daha sonra bildirib ki, Gəncə və Sumqayıt şəhərlərindəki stadionlarda təmir işləri aparılacaq: “Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda yenidənqurma işləri aparılacaq və 15 min azarkeş tutacaq. Eləcə də, Gəncə şəhərindəki arenanın təmiri nəzərdə tutulub”.

Oktyabrın sonlarında ölkə başçısı İlham Əliyevin iştirakı ilə Ağsuda yeni stadionun açılışı oldu. Bununla bağlı danışan Abdullayev bildirib ki, yaxın gələcəkdə Ağsuda da futbol komandası olacaq”.
0