Mirça Rednik: Ötən ilki hadisələr bu dəfə baş verməyəcək
04.11.2011 - 12:13
“Neftçi” ilə qarşılaşma həm bizim, həm də azarkeşlərimiz üçün xüsusi bir oyundur. Bu səbəbdən bazar günü keçiriləcək görüşə ciddi hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.
Son illər Premyer Liqanın bəzəyinə çevrilən “Neftçi” – “Xəzər Lənkəran” dueli bu dəfə Qurban bayramına təsadüf edəcək. Cənub təmsilçisi də məhz həmin gün qələbə qazanmaqla, azarkeşlərinə ikiqat bayram yaşatmaq istəyir.
Çempionatın 2010/2011-ci il mövsümünün qaliblərinin mükafatlandırılması ilə əlaqədar Bakıya nəzərdə tutulan vaxtdan tez gələn “ağ-yaşıllar”ın heyətində itkilər yox deyil: “Kamran Ağayevin dizində zədə var. Onun oynayıb-oynamayacağı hələ bilinmir. Elvin Beçiri isə matçı buraxacaq”.
Bu matç çempionluq baxımından mühüm əhəmiyyət kəsb etsə də, rumıniyalı mütəxəssis marafonun uzun olduğunu: “Bu matçın çempionluğun taleyini həll edəcəyi fikri ilə razı deyiləm. Hələ qarşıda 11 oyun və pley-off matçları var. Ancaq bu qarşılaşmanın çox önəmli olduğunu vurğulamalıyam”.
Mövsümün birinci dövrəsi çərçivəsində Lənkəranda keçirilən oyundan öncə mətbuatda müxtəlif səpkili müzakirələr aparılırdı və müəyyən söz-söhbətlər yaranmışdı. Lakin bu dəfə sakitçilik hökm sürür. Bunun fırtına öncəsi sükuta bənzətmək olarmı sualına Rednikin cavabı belə oldu: “Bakı”nın oyunçusu Uinston Parks açıqlama verərək “Xəzər Lənkəran” haqda xoş olmayan sözlər söyləyib. Əgər sən başqa klubda çıxış edirsənsə, niyə bu haqda danışırsan? Hər kəs komandamızın gücünə bələddir”.
Ötən mövsüm uzun müddət turnir cədvəlinə başçılıq edən, amma son anda qızıl medallar uğrunda mübarizədə “Neftçi”yə yenilən əyalət təmsilçisi dünən gümüş medallarına qovuşub. Tədbirlə bağlı danışarkən mütəxəssis cari mövsümün yekununda qızıl medalları özlərinin qazanacaqlarını deyib: “Ötən ilki hadisələr bu dəfə baş verməyəcək. Artıq Azərbaycan çempionatının və rəqiblərin gücünə yaxından bələdəm. Komandamı daha yaxşı tanıyıram. Bu dəfə fərqli olacağına inanıram”.

0
0