Yunis Hüseynov yerli futbolçu istəyir
04.11.2011 - 13:39
“Flavinyo yaxşı oyunçudur. Həqiqətən də, onun çıxışı xoşuma gəlir. Ancaq Azərbaycanda da bu ada layiq yetərincə futbolçular var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Karvan”ın sabiq baş məşqçisi Yunis Hüseynov deyib.
Premyer Liqanın ötən mövsümünün qaliblərinin mükafatlandırılması mərasimində ən yaxşı yarımmüdafiəçisi seçilən Flavinyoya mükafatını Yunis Hüseynov verdi. O, braziliyalı futbolçunun həqiqətən də yaxşılardan olduğunu deməklə yanaşı, bu nominasiyanın yerli oyunçularadan birinə verilməsinin tərəfdarı olduğunu gizlətməyib: “Bütün oyunları izlədiyimi deyə bilmərəm. Milli komandanın üzvlərini seçərdim. Onlardan Əfran İsmayılovu, Vüqar Nadirovu qeyd edərdim. Flavinyonun öz yeri var. O, həqiqətən ötən mövsüm güclü oyun sərgilədi”.

0
0