Bəhruz Şirəliyev: Onu intizamsızlığa görə heyətdən kənarlaşdırdıq
04.11.2011 - 14:55
Premyer Liqanın debütantı “Rəvan” islahatlara başlayıb. Bu barədə apasport.az saytına açıqlamasında komandanın vitse-prezidenti Bəhruz Şirəliyev məlumat verib. O bildirib ki, artıq 2 legionerin xidmətindən imtina ediblər. Bunlar əcnəbi hücumçular – uruqvaylı Anhel Qutyerres və milliyətcə burkina-fasolu olan, İsveç vətəndaşlığını daşıyan Con Peludur.
“Anhel cari mövsümdə çox zəif təsir bağışlayırdı. Əvvəlki Qutyerresə bənzəmirdi. Çoxdandır özünü yaxşı tərəfdən göstərə bilmirdi. Hazırda fiziki durumu da yaxşı oynamağına imkan vermir. Bizdə gənc futbolçular var və onlar yaxşı oynaya bilərlər” – deyə, Şirəliyev bildirib.
Digər legioner Peluya gəlincə, vitse-prezident vurğulayıb ki, Con intizamsızlığın qurbanı olub: “Məşqdə, oyunda baş məşqçinin tapşırıqlarını lazımınca yerinə yetirmirdi. Bilirsiniz, bizdə elədir ki, yeni gələn legionerlər ilk vaxtlar özlərini yaxşı tərəfdən göstərir, əsas heyətdə yer qazanır, sonra isə onların zəif oyununun şahidi olursan. Conun əvvəlki baş məşqçimizin vaxtında da problemi vardı. Ona 2 dəfə xəbərdarlıq etmişdim. Ancaq bundan nəticə çıxarmadı”.
Şirəliyev Pelu ilə də vidalaşacaqlarını düşünür: “İnanmıram ki, o, yenidən əsas komandada yer alsın. Yəqin ki, Conla da müqaviləni pozacağıq. Bunun nə vaxt olacağını zaman göstərəcək. Bu legionerləri kənarlaşdırmaqla bizə çətin olmayacaq. Qış fasiləsində heyətimizi, hücum xəttimizi gücləndirəcəyik”.
Qeyd edək ki, Pelu ilə Qutyerres “Rəvan”ə qədər “Muğan”da birgə oynayıblar. Anhel bundan öncə ölkəmizdə “Standard”, “İnter”də oynayıb.
Mehman SÜLEYMANOV

0
0