Aleksandr Starkov 25-ə çatıb, 20-yə sevindi
04.11.2011 - 16:04
Premyer Liqanın XII turunun “Kəpəz”lə qarşılaşması “Bakı”nın baş məşqçisi Aleksandr Starkov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Gəncədəki qarşılaşma (1:3) latviyalı mütəxəssisin çempionatımızda yubiley – 25-ci oyunu olub.
Bu il fevralın 12-də baş tutan debüt matçında “Muğan”la 1:1 hesablı heç-heçə ilə kifayətlənən Starkov yubiley qolunu da Gəncədə izləyib. Belə ki, matçda ilk qolu vuran Uinston Parks baş məşqçisinin çempionatımızda sevindiyi 20-ci qolun müəllifi olub. Starkov ilk dəfə fevralın 12-də Əziz Quliyevin qolundan sonra bu hissi yaşamışdı.

0
0