Aleksandr Starkov: Bakıdakı məğlubiyyətin revanşını aldıq
04.11.2011 - 16:46
Aleksandr Starkov: Bakıdakı məğlubiyyətin revanşını aldıq
“Qələbə qazandığımız üçün sevinirəm. Oyun bizim üstünlüyümüz şəraitində keçdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.

Latviyalı mütəxəssis Premyer Liqanın XII turunun “Kəpəz”lə oyunu (3:1) haqda fikirlərini açıqlayıb: “Bilirdik ki, səfərdə güclü komanda ilə oynayacağıq. Ona görə də bu oyuna yaxşı hazırlaşmışdıq. Komandamız gözəl oyun nümayiş etdirdi. Bakıdakı məğlubiyyətin revanşını aldıq”.

Qeyd edək ki, “Kəpəz” I dövrədə rəqibini 3:0 hesabı ilə məğlub etmişdi.
0