Mehman Allahverdiyev heç-heçəni yaddan çıxardı
04.11.2011 - 16:48
“Birinci hissə çox zəif təsir bağışladıq. Qapımızdan da erkən qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev deyib.
O, Premyer Liqanın XII turunda Gəncədə “Bakı”ya 1:3 hesablı məğlubiyyətdə meydan amilini qabardıb: “Meydançanın ot örtüyü yaxşı vəziyyətdə deyil. Ötən tur “Xəzər Lənkəran”la oyunda da stadionun ot örtüyü pis vəziyyətdə idi. “Bakı” güclü komandadır. Biz onları səfərdə 3:0 hesabı ilə məğlub etmişdik. İki komandadan biri qalib gəlməli idi. “Bakı”nı qələbə münasibətilə təbrik edirəm”.

0
0