AZAL lideri darmadağın etdi
04.11.2011 - 16:54
AZAL lideri darmadağın etdi
Bu gün əvəzedici heyətlərin Azərbaycan çempionatında XII turun daha 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, lider “Qəbələ” ən yaxın izləyicilərindən olan AZAL-a səfərdə böyük hesabla uduzub. Bununla da “təyyarəçilər” 2-ci pilləyə yüksələrək, qəbələlilərlə xal fərqini 2-yə azaldıb. Qələbədə etdiyi dublla əsas pay sahibi olan Orxan Səfiyaroğlu bombardirlər yarışında liderliyini daha da möhkəmlədib. “Qarabağ” isə turnir cədvəlində özündə geridə olan “Sumqayıt Şəhər”ə evdə uduzub.

4 noyabr

AZAL - "Qəbələ" – 3:0
Orxan Səfiyaroğlu, 2; 54, Ruiz Kristian, 7
"Qarabağ" - "Sumqayıt Şəhər" - 2:3
Kamil Xanıyev, 43; 73 - Samir Yusifov, 5; Ayaz Mehdiyev, 38-öz qapısına, Əbülfət Abbadov, 61

 Komanda O Q H M Qollar Xallar
1 "Qəbələ" 12 8 1 3 17-12 25
2 AZAL 12 7 2 3 24-11 23
3 "Neftçi" 11 7 2 2 28-16 23
4 "İnter" 11 6 1 4 15-11 19
5 "Kəpəz" 12 5 3 4 19-16 18
6 "Qarabağ" 12 5 1 6 20-23 16
7 "Turan" 11 4 2 5 21-24 14
8 "Simurq" 12 3 4 5 16-25 13
9 "Sumqayıt Şəhər" 12 4 1 7 18-22 13
10 "Bakı" 12 4 1 7 26-27 13
11 "Rəvan" 12 3 4 5 14-21 13
12 "Xəzər Lənkəran" 11 2 2 7 12-22 8


Bombardir: Orxan Səfiyaroğlu (AZAL) - 11

Qeyd edək ki, tura sabah keçiriləcək “Turan” – “İnter” və “Neftçi” – “Xəzər Lənkəran” oyunları ilə yekun vurulacaq.