Çin qızları Bakıya can atırlar
04.11.2011 - 17:23
Çin qızları Bakıya can atırlar
16 yaşadək qızlar arasında Asiya çempionatının final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, gələn il Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinə seçmə xarakteri daşıyan qitə birinciliyində ilk turun oyunları baş tutub.

6 komandanın iştirakı ilə keçirilən və dairəvi sistemlə oynanılan final mərhələsində ilk “üçlüy”ə, həm mükafat qazanmaq, həm də Bakıda oynamaq imkanı əldə etməyə doğru ən inamlı addımı Çin yığması atıb. Çinli qızlar Tailandı 8:0 hesabı ilə darmadağın ediblər. Cənubi Koreya millisi Avstraliyaya “dərs keçib” – 4:0. Yaponiya isə KXDR üzərində çətin qələbə qazanıb – 1:0.
0