Türkiyə yığmasının Xorvatiya ilə oyunlara heyəti açıqlandı
04.11.2011 - 17:35
Türkiyə yığmasının Xorvatiya ilə oyunlara heyəti açıqlandı
Avro-2012-nin pley-off qarşılaşmasında Xorvatiya ilə görüşəcək Türkiyə milli komandasının heyəti məlum olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddink noyabrın 11-də və 15-də baş tutacaq oyunlara 24 futbolçu çağırıb.

Hollandiyalı mütəxəssis komandaya Volkan Dəmirəl, Tolqa Zengin, Sinan Bolat, Gökhan Gönül, Səbri Sarıoğlu, Sərvət Çətin, Ömər Torpak, Egemen Korkmaz, Giray Kaçar, Hakan Balta, İsmayıl Köybaşı, Həmit Altıntop, Gökhan Törə, Səlcuk Şahin, Məhmət Topal, Əmrə Bəlözoğlu, Səlcuk İnan, Caner Erkin, Arda Turan, Ozan İpək, Burak yılmaz, Kazım Kazım, Umut Bulut və Halil Altuntopu dəvət edib.

Qeyd edək ki, türklər ilk matçı evdə, cavab oyunu səfərdə keçirəcəklər.
0