“Neftçi” ilə oyun mənim üçün prinsipial deyil” - MÜSAHİBƏ
05.11.2011 - 15:01
Azərbaycan millisinin və “Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiçin apasport.az saytına müsahibəsi
- “Neftçi” ilə qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bu komandalar arasındakı görüş həmişə futbol bayramı olub. Bu dəfə də azarkeşlər üçün böyük bayram olacaq.
- Növbəti derbi müqəddəs Qurban bayramı günü keçiriləcək...
- Azarkeşlər maraqlı derbi izləyəcəklər. Çalışacağıq ki, bu bayramda əsl bayram əhval-ruhiyyəsi yaradaq. Başqa heç nə söz verə bilmərəm. Çünki futbolda hər şey olur.
- Bakıdakı qarşılaşmada sizi nəticə, yoxsa oyun qane edəcək?
- Oyunun keyfiyyətli olarsa, qələbə də gələcək. Ümid edirəm ki, oyunumuzun keyfiyyəti və bunun müqabilində nəticə yaxşı olacaq.
- Özünüzü “Neftçi” ilə matça xüsusi kökləyirsiniz?
- Əlbəttə, mən hər oyuna özümü motivasiya edirəm.
- Ancaq budəfəki rəqib sıradan yox, son çempion “Neftçi”dir. Özü də bu komanda ölkəmizdə ilk klubunuz olub. Üstəlik, ilk dövrədə Lənkərandakı oyunda səhhətinizdə problem üzündən “Neftçi”yə qarşı oynaya bilmədiniz...
- Elədir, bu, “Neftçi”yə qarşı ilk oyunum olacaq. Ötən il “Qəbələ”də çıxış etdiyim zaman da oynamamışdım.
- “Neftçi” ilə görüşün şəxsən sizin üçün prinsipiallığı var?
- Yoxdur. Mən hər bir rəqiblə oyuna olduğu kimi, meydanda bütün gücümü qoyacağam.
- 3 il “Neftçi”də oynamısınız. Bu isə az vaxt deyil və ona görə də keçmiş komandanızla görüş sizin üçün adi bir oyun olmamalıdır...
- Əlbəttə, belədir. Emosiyalar var. Axı Azərbaycanda ilk vaxtlarım “Neftçi”yə bağlı olub, ən yaxşı illərimi orada keçirmişəm. Mən bunu əminliklə söyləyə bilərəm. Ancaq biz peşəkarıq və hazırkı komandamızın uğuru üçün çalışırıq.
- Siz oynadığınız vaxtla müqayisədə indi “Neftçi”də böyük dəyişiklər olub. Həmin heyətdən az futbolçu qalıb...
- Bəli, Rail Məlikov, Ruslan Abışov qalıb.
- Amma 2006-cı ildə heyətində “Birlik kuboku”nu qazandığı komandadan heç kim qalmayıb...
- Düzdür, yaxşı vaxt idi. Kim bunu xatırlamır ki? Açıq deyirəm ki, mən “Neftçi” ilə həmin uğuru heç vaxt unutmayacağam.
- Həmin vaxt Subaşiç daha yaxşı oynayırdı. “Xəzər Lənkəran”da debütünüzdə dublla başladınız, ancaq bundan sonra qol vura bilməmisiniz...
- Bəli, həmin vaxt yaxşı oynayırdım. Ancaq mənə elə gəlir ki, daha yaxşı oynayacağam. Bunu zaman göstərər.
- “Neftçi”yə qol vursanız, bunu meydanda xüsusi qeyd edəcəksiniz?
- Həmişə oynadığım komandaların uğuruna, vurduğum qollara sevinirəm. İndidən deyə bilərəm ki, qol vuracağam, bunu necə qeyd edəcəyəm.
- Praktika göstərir ki, bəzi futbolçular keçmiş komandasına vurduğu qolu xüsusi qeyd edirlər, bəziləri isə yox...
- Bəs onlar nə edir?
- Sadəcə, başlarını aşağı salıb elə də sevinmirlər.
- Əvvəldən bir şey deməyək. İnşallah (bunu azərbaycanca deyir – M.S), buna sonra baxarıq.
- “Neftçi”nin azarkeşləri də çılğınlığı ilə seçilirlər. Onların qarşısında oynamağınız asan olmayacaq...
- Bu, intriqa ilə bağlı məsələdir və belə şeylərlə məşğul olmayacağam. Açığı, bu haqda heç düşünməyəcəyəm də. Düz sözümdür. “Xəzər Lənkəran”ın futbolçusu kimi meydanda komandama kömək etməyə çalışacağam. “Neftçi”də oynadığım zaman həmişə azarkeşlər məni dəstəkləyib və heç bir problemim olmayıb. Heç vaxt pis münasibətlə üzləşməmişəm. Mən “Neftçi”də oynayarkən, “Xəzər Lənkəran”a qol vurmuşam, Ağasəlim Mircavadov baş məşqçimiz olanda. Səhv etmirəmsə, “Xəzər Lənkəran”a qarşı 2-ci oyunum idi. Yadımdadır, həmin qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirdi.
Mehman SÜLEYMANOV

0
0