Qurban Qurbanovla Ferens Puşkaşın fərqi
10.11.2011 - 10:55
Qurban Qurbanovla Ferens Puşkaşın fərqi
Avropa ölkələrinin milli komandalarında 50 və daha çox qol vuranların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda cəmi 14 futbolçu yer alıb. 2 milli komandanın şərəfini qorumuş Ferens Puşkaşın başçılıq etdiyi siyahıda karyerasını davam etdirənlərdən Miroslav Kloze, Robbi Kin, Tyerri Anri, David Vilya da yer alıb. Azərbaycan millisinin üzvlərinin olmadığı sıralamada Türkiyə yığmasının üzvü Hkan Şükür də var. Millimizin ən yaxşı bombardiri Qurban Qurbanov isə 14 qolla siyahıdan çox-çox uzaqlarda qərarlaşıb.

1. Ferens Puşkaş (Macarıstan və İspaniya) - 84 qol, 89 oyun
2. Şandor Koçiş (Macarıstan) - 75 qol, 68 oyun
3. Herd Müller (AFR) - 68 qol, 62 oyun
4. Miroslav Kloze (Almaniya) - 62 qol, 112 oyun
5. İmre Şlosser (Macarıstan) - 59 qol, 68 oyun
6. Yan Koller (Çexiya) - 55 qol, 91 oyun
7. Yoahim Ştrayx (ADR) - 55 qol, 102 oyun
8. Poul Nilsen (Danimarka) - 52 qol, 38 oyun
9. Yon-Dal Tomasson (Danimarka) - 52 qol, 112 oyun
10. Layoş Tixi (Macarıstan) - 51 qol, 72 oyun
11-12. Robbi Kin (İrlandiya) - 51 qol, 112 oyun
Hakan Şükür (Türkiyə) - 51 qol, 112 oyun
13. Tyerri Anri (Fransa) - 51 qol, 123 oyun
14. David Vilya (İspaniya) - 50 qol, 80 oyun

Qeyd edək ki, millidə vurulan qollar üzrə dünya rekordu İran yığmasının azərbaycanlı hücumçusu Əli Daeiyə məxsusdur. O, yığmada 109 dəfə frəqlənib.
0