Biri dağda, biri səhrada, bir çoxu palma altında
10.11.2011 - 14:46
Biri dağda, biri səhrada, bir çoxu palma altında
“Qəbələ” klubunun baş məşqçisi Toni Adams və köməkçisi Hari Stivens yenidən Böyük Britaniya mətbuatı tərəfindən xatırlanıb. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasının sabiq üzvləri vətəndən kənarda çalışan futbolun yaradıcılarının siyahısına düşüb.

Belə ki, Britaniya mətbuatı 33 ölkədə çalışan 100-ə yaxın ingilis məşqçi haqda xüsusi yazı hazırlayıb. “Biri dağda, biri səhrada, bir çoxu palma altında” başlıqlı yazıda britaniyalı çalışdırıcılara dünyanın hər yerində arst gəlmək mümkün olduğu qeyd olunub: Planetin hansı nöqtəsinə getsəniz bilin ki, britaniyalı məşqçi sizdən o qədər də uzaqda deyil.

Tailand, Uqanda, Kamboca, Nepal kimi ölkələrdə həmyerlilərinin olduğunu vurğulayan həmkarlarımız adams və Stivensin “Qəbələ klubunda çalışdığını da qeyd edib.”
0