Berti Foqts 4 futbolçumuzu Bakıya göndərəcək
11.11.2011 - 18:47
Azərbaycan milli komandasının Almaniyaya yollanacaq heyətində dəyişiklər edilib. Apasport.az saytının məlumatına görə, daha 4 futbolçumuz millimizin düşərgəsini tərk etməli olacaq. Bunlar təcrübəli futbolçular – Mahir Şükürov, Branimir Subaşiç, Rəşad Sadiqov və Vladimir Levindir. Baş məşqçi Berti Foqts hazırkı heyətdə olan ən yaşlı futbolçuları Almaniyaya aparmayıb, Bakıya göndərməyi üstün tutub. Bu da onunla bağlıdır ki, Foqts II Bundesliqa təmsilçisi “Union Berlin” klubu ilə noyabrın 15-də keçiriləcək yoldaşlıq görüşündə gənc futbolçuları sınamağı daha məqsədəuyğun sayıb. Bu mənada hazırda Almaniyanın Duysburq şəhərində təlim-məşq toplanışında olan 21 yaşlılardan ibarət yığmamızın futbolçularının xidmətindən istifadə olunacağı gözlənilir.
Qeyd edək ki, millimizin kapitanı Rəşad Sadıqov zədə üzündən Albaniya yığması və “Union Berlin”lə oyunlara açıqlanın heyətdən çıxarıldı, qapıçı Kamran Ağayev isə Tiranaya aparılsa da, eyni problem üzündən Bakıya göndərildi.

0
0