Yığmamız Rusiyaya gedəcək
16.11.2011 - 11:45
Yığmamız Rusiyaya gedəcək
19 yaşadək qızlar arasında 2013-cü ildə keçiriləcək Avropa çempionatının I seçmə mərhələsinin qrup oyunlarına ev sahibliyi edəcək ölkələr müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı IX qrupun qarşılaşmaları Rusiyada baş tutacaq. Meydan sahibləri və millimiz İsveçlə Sloveniyanın da yer aldığı qrupda ən yaxşıları müəyyənləşdirəcək. I seçmə mərhələsinin oyunları gələn il oktyabrın 20-25-də baş tutacaq.

Qeyd edək ki, mərhələ adlamaq üçün yığmamız ya qrupda ilk 2 yerdən birini tutmalı, ya da 3-cü yeri tutanlar arasında ən yüksək nəticəyə malik olmalıdır.