Rednik 1 məğlubiyyətə görə idmandan getdi - FOTO
16.11.2011 - 12:15
Rednik 1 məğlubiyyətə görə idmandan getdi - FOTO
“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednikin ailəsi ilə bağlı maraqlı məlumatlar yayılıb. Apasport.az saytının məlumatına görə, Rumıniya mətbuatı tanınmış mütəxəssisin uşaqlarının məşğuliyyətini üzə çıxarıb. Məlum olub ki, Rednikin kiçik qızı atasının idmandakı uğurlarını davam etdirmək iddiasında olub.

Uşaq vaxtlarından tennisə aşıq olan Luana Rednik yaşadıqları Belçikada uzun illər məşq keçib. Ata Rednik qızını ən yaxşı məşqçilərin yanında öyrənməsi üçün böyük pullar xərcləyib. Müxtəlif səviyyəli turnirlərdə oynayan və arzusu WTA reytinqində 1-ci olmaq olan Luana peşəkar tennisdə debüt edə bilib.

3 il əvvəl mükafatı 25 min avro olan yarışa qatılan Luana elə ilk görüşdə məğlub olub. 2:6, 6:7 hesablı məğlubiyyətdən sonra karyerasını bitirməyə qərar verib. Bununla, dünya reytinqinin 894-cüsü kimi böyük idmandan ayrılıb. Lyej şəhərində yaşayan Redniklər ailəsinin böyük qızı Raisa isə arxitektordur. 23 yaşlı xanım idmandan çox uzaqdır.