7 xoşbəxt rəqəmdirsə...
16.11.2011 - 13:19
7 xoşbəxt rəqəmdirsə...
Sabah UEFA kubokunda mübarizəyə başlayacaq Naxçıvanın “Araz” futzal klubu tarixində 7-ci dəfə qitə miqyaslı turnirə qatılır. Apasport.az saytının məlumatına görə, 2005-ci ilin payızından ölkəmizi fasiləsiz olaraq qitədə təmsil edən Azərbaycan çempionu 5-ci dəfə elit raundda mübarizə aparacaq.

Ardıcıl 4-cü, ümumilikdə isə 5-ci dəfə bu mərhələdə çıxış edəcək “Araz” ilk dəfədir ki, mübarizəyə bu qədər gec başlayır. Belə ki, əvvəllər komandamız elit mərhələsinə vəsiqə qazanmalı olurdu. Bu dəfə isə naxçıvanlılar birbaşa bu mərhələdən yarışa qoşulur.

7-ci avrokubok mövsümündə 5-ci elit raundunda oynayacaq “Araz” “7” rəqəminin xoşbəxt sayıldığını öz oyunu ilə sübut etməlidir. İndiyədək 1 dəfə final mərhələsinə yüksələn Joze Alessio da Silvanın yetirmələri 1 illik fasilədən sonra yenə ən güclülər sırasına düşməyə çalışacaq.

İlk oyununun qrupun autsayderinə qarşı keçirəcək təmsilçimiz bundan yararlanıb, yubiley qələbəsini bayram edə bilər. Belə ki, UEFA kubokunda 33-cü matçına çıxacaq komandamız indiyədək 19 qələbə qazanıb. 20-ci qələbəsinə iddialı olan təmsilçimiz 5 dəfə heç-heçə edib və 8 dəfə uduzub.

İndiyədək 1 dəfə Hollandiya, 1 dəfə İspaniya klubu ilə görüşən “Araz” ilk dəfə çexlərlə oynayacaq. Hollandiya çempionunu 6 il əvvəl 3:0 hesabı ilə üstələyən təmsilçimiz ilyarım öncə yarımfinalda ispanlara “boyun əymişdi” – 2:5.

Barselonadakı oyunlarını noyabrın 17, 18 və 20-də keçirəcək komandamız əvvəllər bu tarixlərdə oynadığı vaxt olub. Belə ki, İspaniya “Barselona”sı ilə həlledici ola biləcək sonuncu turun oyunu ayın 20-də baş tutacaq. Həmin gün isə “Araz”ın Yunanıstan təmsilçisi “Atina-90” klubunu 7:0 hesabı ilə darmadağın etdiyi gündür.

2005/06
Birinci təsnifat mərhələsi (Bosniya və Herseqovinada keçirilib)
17.10.2005 “Morlanvels” (Belçika) 4:4
18.10.2005 “Mostar” (Bosniya və Herseqovina) 2:4
20.10.2005 “De Hommel” (Hollandiya) 3:0

2006/07
Təsnifat mərhələsi (Xorvatiyada keçirilib)
12.10.06 “Split” (Xorvatiya) 5:3
13.10.06 “Afina” (Yunanıstan) 5:1
15.10.06 “Slov-Matik” (Slovakiya) 10:4
Elit raund (Polşada keçirilib)
05.12.06 “Xojuv” (Polşa) 3:3
06.12.06 “Şarlerua” (Belçika) 4:6
08.12.06 “Marbo” (Serbiya) 1:3

2007/08
Əsas mərhələ (Azərbaycanda keçirilib)
10.09.07 “Luparense” (İtaliya) 0:3
11.09.07 “Kamelot” (Moldova) 4:1
13.09.07 “Slov-Matik” (Slovakiya) 3:4

2008/09
Əsas mərhələ (Azərbaycanda keçirilib)
11.09.08 “Şkövde” (İsveç) 11:1
12.09.08 “Nadin” (Bolqarıstan) 6:1
14.09.08 “Slov-Matik” (Slovakiya) 4:2
Elit raund (Xorvatiyada keçirilib)
08.11.08 “Nasional” (Xorvatiya) 4:3
09.11.08 “Dinamo-Yamal” (Rusiya) 2:4
11.11.08 “Odorheyu” (Rumıniya) 6:4

2009/10
Əsas mərhələ (Xorvatiyada keçirilib)
02.10.2009 “Omoniya” (Kipr) 4:1
03.10.2009 “Kolubara” (Serbiya) 4:0
04.10.2009 “Podpiçan” (Xorvatiya) 4:4
Elit raund (Azərbaycanda keçirilib)
19.11.2009 “Nikars” (Latviya) 7:1
20.11.2009 “Atina-90” (Yunanıstan) 7:0
22.11.2009 “Kayrat” (Qazaxıstan) 4:3

Dördlər finalı (Portuqaliya, Lissabon)
Yarımfinal
23.04.2010 “İntervyu” (İspaniya) 2:5
3-cü yer uğrunda
25.04.2010_“Luparense” (İtaliya) 2:2, penaltilər 5:4

2010/11
Əsas mərhələ (Rumıniyada keçirilib)
28.09.2010 “Sportinq Finqal” (İrlandiya) 7:4
29.09.2010 “Nikars” (Latviya) 7:1
01.10.2010 “Tırqu-Mureş” (Rumıniya) 1:3
Elit raund (Rusiyada keçirilib)
22.11.2010 “Ararat-Nikosiya” (Kipr) 2:1
23.11.2010 “Montesilvano” (İtaliya) 2:2
25.11.2010 “VİZ-Sinara” (Rusiya) 2:3

2011/12
Elit raund (İspaniya)
17.11.2011 “Eyndhoven” (Hollandiya)
18.11.2011 “Era Park Xrudim” (Çexiya)
20.11.2011 “Barselona” (İspaniya)