Türkiyə yığmasının yeni baş məşqçisinin adı dəqiqləşib - FOTO
16.11.2011 - 15:28
Türkiyə millisinin yeni baş məşqçisinin adı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” hollandiyalı Qus Hiddinklə yollarını ayırandan sonra gözlənilən təyinatı reallaşdıracaqlar.
Bu, “İstanbul Böyükşəhir Bələdiyyəspor”un çalışdırıcısı Abdullah Avcıdır. Onun təyinatının noyabrın 18-də rəsmən açıqlanacağı bildirilir. Avcının yığmaya gətirilməsində vasitəçi Türkiyə Futbol Federasiyasının prezident köməkçisi Göksəl Gümüşdağdır. O, “İstanbul BŞB”in prezidenti olduğu dövrdə Avcı baş məşqçisi olub.
Avcının 1999-cu ildən başlayan məşqçilik karyerasının çox hissəsi indiki klubu ilə bağlıdır. O, 2006-cı ildən “İstanbul BŞB”in baş məşqçisidir. 48 yaşlı mütəxəssis 2004-05-ci illərdə Türkiyənin 17 yaşlılardan ibarət yığmasına, 2005-06-cı ildə “Qalatasaray”ın əvəzedici komandasına rəhbərlik edib. Avcı 2005-ci ildə Türkiyənin U-17-sini Avropa çempionu və dünya çempionatının 4-cüsü edib.
Qeyd edək ki, Hiddinkin yerinə namizədlərdən birinin milli komandamızla müqaviləsi ilin sonunda bitən almaniyalı baş məşqçi Berti Foqtsun olacağı deyilsə də, türklər yerli mütəxəssislə çalışmaqda maraqlıdır.

0
0