28 cizgi
17.11.2011 - 00:01
28 cizgi
Sonuna 45 gün qalan 2011-ci ili Azərbaycan millisi üçün bitmiş saymaq olar. İl ərzində 10 rəsmi beynəlxalq oyun keçirən yığmamız bir də gələn il yaşıl meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, bu il baş tutan 10 qarşılaşmada millinin baş məşqçisi Berti Foqts 28 futbolçuya güvənib.

Cari il yığmanın bütün matçlarında meydana çıxan futbolçu olmayıb. Hamıdan çox oynayıb, AFFA-nın mükafatına iddia edən Rəşad Sadıqov və Kamran Ağayev 9 qarşılaşmanı əvəzolunmadan keçiriblər. Onların hər ikisi Albaniya ilə baş tutan ilin son görüşünü buraxıblar.

Ruslan Abışovla Rahid Əmirquliyev də 9 matçın iştirakçısı olublar. Lakin onlar nəinki əvəzolunmaz olmayıblar, heç daimi start heyətində də yer almayıblar. Bu üzdəndir ki, 1 oyun az keçirən Vurğun Hüseynov dəqiqə sayında onları arxada qoyub. Rahid və Arif İsayev ən çox “əvəzləyici” futbolçulardır. Onlar hərəyə 4 dəfə sonradan meydana daxil olublar.

Yığmanın il ərzində vurduğu 9 qola isə 6 futbolçu imza atıb. Yalnız Rauf Əliyevlə Vüqar Nadirov 1-dən artıq qol sevinci yaşayıb. Millinin ən yaxşı bombardiri olan və “İlin futbolçusu” adına əsas namizəd olan Əliyev 3, komanda yoldaşı 2 dəfə fərqlənib.

futbolçu12345678
Kamran Ağayev99-810-202/2--
Rəşad Sadıqov999810----
Ruslan Abışov9816961---
Rahid Əmirquliyev95-534----
Vurğun Hüseynov88-720--1-
Rauf Əliyev88-6413-1-
Aleksandr Çertoqanov88-633----
Vaqif Cavadov77-5641---
Əfran İsmayılov77-491----
Mahir Şükürov66-54011/12-
Elnur Allahverdiyev65-486--1-
Vüqar Nadirov63-3192-1-
Rail Məlikov55-407--1-
Ufuk Budak54-385----
Vladimir Levin44-360----
Rəşad Sadiqov43-229----
Branimir Subaşiç42-215----
Arif İsayev4--120--1-
Murad Hüseynov41-981---
Cavid Hüseynov41-95----
Elşən Məmmədov3--89--1-
Elvin Məmmədov22-106----
Saşa Yunisoğlu2--104--11
Aqil Nəbiyev22-103--1-
Andrey Popoviç11-90----
Maksim Medvedev11-90----
Fabio Luis Ramim11-75----
Nizami Hacıyev1--27----


1 – oyun, 2 – start heyətində, 3 – kapitan, 4 – dəqiqə, 5 – qol, 6 – penalti/dəqiq, 7 – vərəqə, 8 – qırmızı.

Vüqar XEYRULLAYEV