Berti Foqtsun “dovşan”ı
16.11.2011 - 18:59
Berti Foqtsun “dovşan”ı
Başa çatmaqda olan 2011-ci il Azərbaycan yığması üçün uğursuz oldu. Apasport.az saytının məlumatına görə, komandamız Şərq təqvimi ilə “Dovşan ili” sayılan ildə 10 matçda cəmi 7 xal qazanıb. Bu da orta hesabla hər oyunda 0,7 xalın qazanılması deməkdir. Millimiz ötən illə müqayisədə hər matçda yarım xal itirib. Belə ki, Foqtsun yetirmələri ötən il hər matçda 1,2 xal qazanmışdı.

Dovşan ilindəki göstərici yığmamızın arxada qoyduğu 20 il ərzində 9-cu nəticədir. Orta sayılan bu göstərici əvvəlki illər, millimizin digər məşqçilərinin çalışdığı dövr üçün müsbət nəticə də sayıla bilər. Lakin Foqtslu yığma yalnız 2 il əvvəl bundan zəif olmuşdu.

Ölkəmizdəki 4-cü ilində 3-cü nəticəsini göstərən almaniyalı məhsuldarlıqda ötənilki göstəricinin təkrarına şahid olub. Əvəzində qapıçı Kamran Ağayevin və müdafiə xəttinin zəif oyunu diqqət çəkib. Belə ki, orta hesabla hər matçda 2 qol buraxan yığmamız Foqts gələndən sonra arxa xətdə belə aciz olmamışdı. Ümumiyyətlə isə yığmamız cəmi 6 dəfə ili daha çox qol buraxmaqla tamamlayıb.

il O Q H M TOP  TOPxORTA XAL ORTA TOP/ VURULAN ORTA TOP/ BURAXILAN
1992 10013-6003,00-6,00
1993 43109-5102,52,25-1,25
1994 60061-15000,17-2,50
1995 60152-2110,170,33-3,50
1996 93248-13111,220,89-1,44
1997 101185-1940,40,50-1,90
1998 105239-12171,70,90-1,20
1999 91268-2450,560,89-2,67
2000 90272-1320,220,22-1,44
2001 102266-1580,80,60-1,50
2002 111465-1570,640,45-1,36
2003 81258-1850,631,00-2,25
2004 1125411-181111,00-1,64
2005 110292-2420,180,18-2,18
2006 80442-1540,50,25-1,88
2007 1443711-24151,070,79-1,71
2008 112456-9100,910,55-0,82
2009 132388-2390,690,62-1,77
2010 103349-17121,20,90-1,70
2011102179-2070,700,90-2,00
CƏMİ 1813244106124-3261400,770,69-1,80


Vüqar XEYRULLAYEV