“Qarabağ” yenə zirvədə, “Qəbələ” 2-ci pilləyə qalxdı - STATİSTİKA
17.11.2011 - 00:00
Klubların 2011-ci ildə Azərbaycan yığmasında təmsilçiliyi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın arxada qalan 10 oyununda 14 klub miliyə futbolçu verib. Bunlardan ikisi Rusiya (Anji və Volqa), biri Serbiya (Mladost), biri Almaniya (Frayburq-II), biri də Türkiyə (Əskişəhərspor) təmsilçisidir.
Yerli 9 klub arasında isə “Qarabağ” liderdir. Milliyə ilboyu hamıdan çox futbolçu verən Ağdam təmsilçisi həm oyun, həm də qol sayında hamıdan öndədir. Yığmanın vurduğu 9 qoldan beşi məhz “Qarabağ”ın üzvləri vurub.
Yayda yığma oyunçuları ilə güclənən “Qəbələ” siyahıda 2-ci pilləyə yüksəlib. İddialı “Xəzər Lənkəran” və “Neftçi” isə millinin baş məşqçisi Berti Foqtsun gözündə sonrakı pillələrdə durur. Düzdür, heyətdə möhkəmlənən lənkəranlılar ümumi oyun sayında “Qəbələ”ni də arxada qoyurlar. “Bakı” və “İnter” kimi klublar isə liderlərdən çox uzaqda qalıb.
Bu il yığmada oynamış 28 futbolçudan 7-si bu oyunlarda 2 klubun təmsilçisi kimi çıxış edib. Bunlar Rəşad Sadıqov, Murad Hüseynov, Vaqif Cavadov, Elvin Məmmədov, Mahir Şükürov, Vurğun Hüseynov və Aleksandr Çertoqanovdur.
Qeyd edək ki, “Qarabağ” ötən il daha böyük üstünlük əldə etmişdi. Həmin vaxt 10 futbolçu millidə 50 oyun keçirmişdi.
1. “Qarabağ” – 7 futbolçu, 35 oyun, 5 qol
Rauf Əliyev (8, 3), Rəşad Sadıqov (8), Əfran İsmayılov (7), Vüqar Nadirov (6, 2), Rəşad Sadiqov (4), Elvin Məmmədov (1), Maksim Medvedev (1)
2. “Qəbələ” – 6 futbolçu, 24 oyun, 2 qol
Vurğun Hüseynov (6), Aleksandr Çertoqanov (5), mahir Şükerov (4, 1), Arif İsayev (4), Murad Hüseynov (3, 1), Saşa Yunisoğlu (2)
3. “Xəzər Lənkəran” – 4 futbolçu, 28 oyun, 20 buraxılmış qol
Kamran Ağayev (9, -20), Rahid Əmirquliyev (9), Elnur Allahverdiyev (6), Branimir Subaşiç (4)
4. “Neftçi” – 3 futbolçu, 18 oyun, 1 qol
Ruslan Abışov (9), Rail Məlikov (5), Cavid Hüseynov (4)
5. “İnter” – 3 futbolçu, 8 oyun
Vladimir Levin (4), Aleksandr Çertoqanov (3), Nizami Hacıyev (1)
6. “Bakı” – 3 futbolçu, 6 oyun
Vaqif Cavadov (4), Elvin Məmmədov (1), Fabio Luis Ramim (1)
7. AZAL – 2 futbolçu, 5 oyun
Elşən Məmmədov (3), Aqil Nəbiyev (2)
8. “Frayburq-II” (Almaniya) – 1 futbolçu, 5 oyun
Ufuk Budak (5)
9. “Volqa” (Nijni-Novqorod, Rusiya) – 1 futbolçu, 3 oyun, 1 qol
Vaqif Cavadov (3,1)
10-11. “Turan” – 1 futbolçu, 2 oyun
Vurğun Hüseynov (2)
10-11. “Anji” (Rusiya) - – 1 futbolçu, 2 oyun
Mahir Şükürov (2)
12-14. “Sumqayıt Şəhər” – 1 futbolçu, 1 oyun
Andrey Popoviç (1)
12-14. “Mladost” (Serbiya) – 1 futbolçu, 1 oyun
Murad Hüseynov (1)
12-14. “Əskişəhərspor” (Türkiyə) – 1 futbolçu, 1 oyun
Rəşad Sadıqov (1)
Vüqar XEYRULLAYEV

0
0