ÜÇlərin qoşalaşdığı oyun: Foqts da tilsimi qıra bilmədi
16.11.2011 - 17:27
ÜÇlərin qoşalaşdığı oyun: Foqts da tilsimi qıra bilmədi
Azərbaycan millisi tarixində 33-cü dəfə klubla görüşdü. Apasport.az saytının məlumatına görə, 1992-ci ilin sentyabrın 17-də ilk oyununu keçirən yığmamız Almaniya klubu ilə ilk dəfə qarşılaşdı. II Bundesliqa təmsilçisi “Union Berlin”lə görüş 0:1 hesablı məğlubiyyətimizlə nəticələndi.

Komandamızın klublarla yoxlama oyunlarının əksəriyyəti AFFA-nın sabiq prezidenti Fuad Musayevin dövrünə təsadüf edib. Təsadüf deyil ki, 33 matçdan 30-u onun vaxtında olub. Qalan 3 görüş isə yığmamızın hazırkı baş məşqçisi Berti Foqtsun payına düşür. Ancaq təəssüf ki, təcrübəli mütəxəssis yığma səviyyəsində bir sıra qələbələri ilə diqqət çəksə də, klublarda oyunlarda nəinki udmamış, hətta qol da vura bilməmişik. Yəni “Union Berlin”ədək Praqanın “Slaviya” və Xarkovun “Metallist” klubu ilə oyunlarda da belə aqibətlə üzləşmişik.

Məlum olduğu kimi, Almaniyanın əsas yığması ilə hər 4 görüşümüz məhz Foqtsun vaxtına təsadüf edib. Bu, son 2 seçmə mərhələdə oyunlardır və hər birində məğlubiyyətdən qaça bilməmişik (evdə 0:2, 1:3, səfərdə 0:4, 1:6).

Əgər tarixə boylansaq, klub üzərində son qələbəmizin üstündən 9 ildən artıq vaxt keçir. Komandamız Vaqif Sadıqovun baş məşqçiliyi dövründə Estoniyada Kuressaare şəhərinin eyni adlı təmsilçisini 3:0 hesabı ilə yenəndən sonra kluba qalib gələ bilmirik.

Millimizin klublarla görüşlərində yadda qalan məqamlar olub. Belə ki, İqor Ponomaryov yığmamızı çalışdırdığı dövrdə - 10 il öncə Bolqarıstanda klubların da iştirak etdiyi Albena şəhərindəki beynəlxalq turnirin qalibi, növbəti il Kazbek Tuayevin rəhbərliyi altında 2-ci olmuşuq. Həmin “Albena kuboku” milimizin 19 illik tarixində ən böyük uğuru sayıla bilər.

Yığmamızın ən böyük hesablı qələbəsi də məhz klubla görüşə təsadüf edib. Bu, 17 il öncə İsveçrənin “Vintertur” klubu ilə oyunda 12:0-lıq qalibiyyətimizdir. Həmin oyunda vurduğumuz qollardan yarısı Samir Ələkbərov hesabına düşür. Ancaq təbii ki, yığma ilə klubun oyunun nəticəsi sayılmadığından, keçmiş hücumçumuzun bu qolları nəzərə alınmayıb.

Bununla da Ələkbərov millinin rəsmi oyunlarında qol hesabını aça bilməyən futbolçulardan hesab olunur. O, yığmamızın klublarla oyununda ilk qolun da müəllifidir. Söhbət İranın “Traktorsazi” klubu ilə Təbrizdə 1:1 hesabı ilə nəticələnən matçdan gedir.

Azərbaycan yığmasının indiyədək klublarla oyunları

18.11.1992. Təbriz. “Təbriz” (İran) - Azərbaycan - 0:0
Baş məşqçi:
Əhməd Ələsgərov

20.11.1992. Təbriz. “Traktorsazi” (İran) - Azərbaycan - 1:1
Baş məşqçi:
Əhməd Ələsgərov

23.08.1994. Sankt-Qallen. “Sankt-Qallen” (İsveçrə) - Azərbaycan - 1:0
Baş məşqçi:
Ağasəlim Mircavadov

24.08.1994. Vintertur. “Vintertur” (İsveçrə) - Azərbaycan - 0:12
Baş məşqçi:
Ağasəlim Mircavadov

16.03.1995. Larnaka (Cənubi Kipr). Azərbaycan – “Kolos” (Rusiya) - 2:1
Baş məşqçi:
Ağasəlim Mircavadov

18.03.1995. Larnaka. Azərbaycan – “Skonto” (Latviya) - 1:0
Baş məşqçi:
Ağasəlim Mircavadov

21.03.1995. Larnaka. Azərbaycan - AEL (Kipr) - 2:0
Baş məşqçi:
Ağasəlim Mircavadov

04.03.1997. Larnaka. Azərbaycan – “Norçepinq” (İsveç) - 1:1 (penalti - 4:3)
Baş məşqçi:
Vaqif Sadıqov

06.03.1997. Larnaka. Azərbaycan – “Molde” (Norveç) - 0:0 (penalti - 7:6)
Baş məşqçi:
Vaqif Sadıqov

08.03.1997. Larnaka. Azərbaycan – “Kunqsvinger” (Norveç) - 0:3
Baş məşqçi:
Vaqif Sadıqov

08.03.1999. Larnaka. Azərbaycan – “Hammarbü” (İsveç) - 0:1
Baş məşqçi:
Vaqif Sadıqov

10.03.1999. Larnaka. Azərbaycan – “Metallurq” (Rusiya) - 1:3
Baş məşqçi:
Vaqif Sadıqov

13.03.1999. Larnaka. Azərbaycan – “Krılya Sovetov” (Rusiya) - 0:3
Baş məşqçi:
Vaqif Sadıqov

15.01.2000. Sandansk (Bolqarıstan). Azərbaycan – “Tom” (Rusiya) - 2:1
Baş məşqçi:
Əsgər Abdullayev

20.03.2000. Sandansk. Azərbaycan – “Vihren” (Bolqarıstan) - 3:0
Baş məşqçi:
Əsgər Abdullayev

22.01.2000. Sandansk. Azərbaycan – “Belasitsa” (Bolqarıstan) - 2:0
Baş məşqçi:
Əsgər Abdullayev

16.07.2000. Varna (Bolqarıstan). “Dorostal” (Bolqarıstan) - Azərbaycan 0:1
Baş məşqçi:
İqor Ponomaryov

19.07.2000. Varna. ”Çernomorets” (Bolqarıstan) - Azərbaycan - 0:3
Baş məşqçi:
İqor Ponomaryov

23.07.2000. Varna. Şərqi Bolqarıstanın klub yığması - Azərbaycan - 0:6
Baş məşqçi:
İqor Ponomaryov

29.06.2002. Kuressaare (Estoniya). Azərbaycan – “Kuressaare” (Estoniya) - 3:0
Baş məşqçi:
Vaqif Sadıqov

07.02.2009. Dubay. Azərbaycan – “Slaviya” (Çexiya) – 0:2
Baş məşqçi:
Berti Foqts (Almaniya)

07.02.2011. Dubay. Azərbaycan – “Metallist” (Ukrayna) – 0:1
Baş məşqçi:
Berti Foqts (Almaniya)

15.11.2011. Berlin. Azərbaycan – “Union Berlin” (Almaniya) – 0:1
Baş məşqçi:
Berti Foqts (Almaniya)

Beynəlxalq turnir

17.02.2001. Albena (Bolqarıstan). “Dobruca” (Bolqarıstan) - Azərbaycan - 1:2
Baş məşqçi:
İqor Ponomaryov

18.02.2001. Albena. “Midia” (Rumıniya) - Azərbaycan - 4:2
Baş məşqçi:
İqor Ponomaryov

20.02.2001. Albena. “Niva” (Ukrayna) - Azərbaycan - 1:3
Baş məşqçi:
İqor Ponomaryov

22.02.2001. Albena. “Dnepr-2” (Ukrayna) – Azərbaycan – 0:2
Baş məşqçi:
İqor Ponomaryov

24.02.2001. Albena. “Farul” (Rumıniya) - Azərbaycan - 0:1
Baş məşqçi:
İqor Ponomaryov

09.02.2002. Albena. “Dobruca” (Bolqarıstan) - Azərbaycan 0:0
Baş məşqçi:
Kazbek Tuayev

12.02.2002. Albena. “Bad-Blayberq” (Avstriya) - Azərbaycan - 1:1
Baş məşqçi:
Kazbek Tuayev

14.02.2002. Albena. “Lada” (Rusiya) - Azərbaycan - 0:2
Baş məşqçi:
Kazbek Tuayev

16.02.2002. Albena. Azərbaycan – “Volın” (Ukrayna) - 3:1
Baş məşqçi:
Kazbek Tuayev

17.02.2002. Albena. Azərbaycan – “Stal” (Ukrayna) - 1:3
Baş məşqçi:
Kazbek Tuayev

Mehman SÜLEYMANOV