“Rəvan” son qərarını verdi
16.11.2011 - 20:01
Premyer Liqa təmsilçisi “Rəvan” növbəti qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, intizamsızlıq etdiyi üçün əsas heyətdən əvəzediciyə göndərilən Con Pelunun taleyi müəyyənləşib. Qərara əsasən İsveç vətəndaşı paytaxt klubunun sıralarını birdəfəlik tərk edib.
Con Pelu ilə məşqçilər korpusu eləcə də rəhbərlik arasında münasibətlər “İnter”ə məğlubiyyətdən sonra pisləşib. Buna qədər əsas heyətin daimi üzvü sayılan Pelu sonradan gözdən düşüb.
Klubla mövsümün sonuna qədər müqaviləsi qüvvədə olan futbolçuya azad agent statusu verilib. Son aylar üçün nəzərdə tutulan maaşı da ödənilən forvard qış “transfer pəncərəsi”ndə istədiyi klubla müqavilə imzalaya bilər.
Qeyd edək ki, ilk “altılığ”ı hədəfləyən “Rəvan” Pelu ilə yanaşı, uruqvaylı Anxel Qutyerresin də xidmətindən imtina edib.

- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0