Vladislav Qədirov: O, gündən günə kökəlir
17.11.2011 - 00:03
Vladislav Qədirov: O, gündən günə kökəlir
“Milli komandanın oyunları ilə əlaqədar olaraq, Premyer Liqada yaranmış fasilədən istifadə etdik. Bu müddət ərzində AZAL-la yoxlama görüşü keçirib çatışmayan cəhətləri gördüm. “18”liyə düşməyən futbolçulara şans verdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

Gənc mütəxəssis bu yoxlama oyunundan sonra müəyyən qərarlar qəbul edib. O, 1 ay öncə əsas heyətə gətirdiyi Sierra Leonedən olan yarımmüdafiəçi Abu Kanu barədə fikrini dəyişib. Baş məşqçi 21 yaşlı futbolçudan imtina edib: “Mən ona şans verdim. Uzun müddətdir bizimlə məşq etsə də, inkişaf görmürəm. O, gündən günə kökəlir. Başa düşə bilmirəm ki, nə işlə məşğul olur? Bu futbolçu komandaya xeyir verə bilməz. Azarbaycanda legioner kimi çıxış etdiyinə görə, onun üçün müəyyən rüsum ödənməlidir ki, bu da bizə sərf etmir. Artıq bu barədə rəhbərliklə danışığım olub”.

Qeyd edək ki, Kanu “Rəvan”dan vaxtından əvvəl uzaqlaşdırılan 4-cü futbolçudur. Kanudan öncə Artur Kotenko, Anxel Qutyerres və Con Pelu da eyni aqibətlə üzləşib.