Emin İmaməliyev meydana qayıdır
16.11.2011 - 17:58
“Gəncədə qasıq nahiyəmdən zədələnmişdim. Bəxtsizlikdən məşqdə yenidən aldığım zədəni ağırlaşdırdım”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Emin İmaməliyev deyib.
Premyer Liqanın ötən mövsümündə - avqustun 21-də “Kəpəz”lə baş tutan oyunda zədələnən 31 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara dönəcəyi tarix müəyyənləşib.
Türkiyədə müayinə olunan İmaməliyev Ağdam təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib ki, 10-12 günə “Qarabağ”a kömək edə biləcək: “Məşqlərə başlasam da, bir problemimin qalmaması üçün Türkiyəyə yollanıb, daha bir müayinədən keçdim. Zədəm tam sağalıb. Sadəcə, özümü bir qədər yüklənmədən qorumalıyam. Haradasa, 10-12 gün çalışdıqdan sonra hazır olacam”.

- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0