13 doğrudan da nəhs imiş və ya əlvida, Toni Adams...
17.11.2011 - 00:16
13 doğrudan da nəhs imiş və ya əlvida, Toni  Adams...
13 rəqəmi “Qəbələ” klubunun baş məşqçisi Toni Adams üçün nəhs olub. Apasport.az saytının məlumatına görə, ingiltərəli mütəxəssisin ölkəmizdə aldığı 13-cü məğlubiyyəti onun istefasına gətirib çıxarıb.

Belə ki, Premyer Liqanın XI turunun AZAL-la oyunundakı 0:3 hesablı darmadağın Adamsın “Qəbələ”də son yenilgisi olub. O, bu il noyabrın 5-də baş tutan həmin qarşılaşmadan 11 gün sonra, “Neftçi” ilə matça 4 gün qalmış postunu tərk edib. Həmin sonuncu qarşılaşma onun ölkəmizdə 47-ci oyunu idi.

Ötən il avqustun 7-də ölkəmizdə debüt edən Adams həmin vaxt Premyer Liqanın 2010/11 mövsümünün ilk turunda “Xəzər Lənkəran”la görüşmüşdü. 0:1 hesablı məğlubiyyətlə başlayan britaniyalı Azərbaycanı 0:3-lə tərk edir.

MÖVSÜMTURNİROQHMTX
2010/11Premyer Liqa321312731-1851
2010/11Azərbaycan kuboku31112-14
2011/12Premyer Liqa1243512-1615
CəmiPremyer Liqa4417151243-3466
 Azərbaycan kuboku31112-14
 Yekun4718161345-3570
0