Ronaldo, Fiqu və Azərbaycan milli komandası
17.11.2011 - 09:43
Ronaldo, Fiqu və Azərbaycan milli komandası
Kriştianu Ronaldo Portuqaliya milli komandasında rekorda şərik olub. Apasport.az saytının məlumatına görə, dünyanın ən bahalı futbolçusu yığmada vurduğu qolların sayına görə məşhur həmkarı Luiş Fiquya çatıb. Hər 2 hücumameylli yarımmüdafiəçinin hesabında 32 qol var. Ronaldo cari mövsümdə 23 qol vurub. Bunun 17-si çıxış etdiyi Madrid “Real”ında, 6-sı yığmada olub. Kriştianunun Luşdən üstünlüyü daha az oyuna bu qədər qol vurmağıdır. Yəni 26 yaşlı futbolçu Fiqunun yığmada oyunlarından təxminən 4 dəfə az keçirib.

Qeyd edək ki, Ronaldo ilə Fiqunun qollarından Azərbaycan milli komandasının qapısına vurulanlar da var. Luiş 1999-cu ilin sentyabrında Tofiq Bəhramov adına Respublika stadionunda vurduğu qolla yığmasını biabırçı məğlubiyyətdən xilas edib – 1:1. Ronaldo isə 2006-cı ilin oktyabrında millimizə 3:0 hesabı ilə qalib gəldikləri ev oyununda dubl edib. Hər 2 matç Avropa çempionatının seçmə mərhələ oyunu olub.
0